Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanunu pozan bütün məmurlar işdən çıxarılacaq“


“Qanunu pozan bütün məmurlar, vəzifə sahibləri tutduqları vəzifədən azad olunacaq və məsuliyyətə cəlb olunacaqlar”


Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Deputat prezident İlham Əliyevin ötən gün keçirdiyi iclasda dövlət əmlakını talayan və müxtəlif cinayətlər törədən bəzi dövlət məmurlar, iş adamları barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, dövlət başçısı bu çıxışı ilə məmurlara bir daha xəbərdarlıq edib: “Cənab prezidentimiz bütün çıxışlarında məmurlara xalqın qulluğunda durmalarını, onlara xidmət etmələrini söyləyir. Hər bir şəxs xalqın xidmətində durması üçün vəzifəyə təyin olunur. Onlar xalqı narazı salmamalıdırlar. Amma əfsuslar olsun ki, vəzifəyə təyin olunan bəzi məmurlar qanunsuz hərəkətlərə yol verirlər, dövlət əmlakını küllü miqdarda mənimsəyirlər, talayırlar. Təbii ki, onlar da öz cəzalarını alırlar.Həmin şəxslər qanun çərçivəsində intizama dəvət olunurlar. Bununla da bağlı dövlət tərəfindən ciddi addımlar atılır. Ölkəmizdə gedən bu prossesləri bütün vətəndaşlar izləyir. Onlar bir bir daha görürlər ki, insanlar tutduqları vəzifədən aslı olmayaraq qanun qarşısında bərabərdilər və qanunsuz əməllərinə görə cavab verməlidirlər”. 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi iclasda iş adamlarının həbsi və məmur özbaşınalığı ilə bağlı sərt fikirlər səsləndirib.

“Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar. Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz”-deyə prezident ötəngünki iclasda bildirib.

Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: “Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməldən çıxırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar