Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalmışıq çöllərdə” - Leysan ailələri evsiz qoyub - Video


Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib


ARB Şəki xəbər verir ki, nəticədə ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.

Sel suları ŞamaxıQobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb. Hazırda xətlərin bərpası işləri aparılır.

Şücaət Şükürov - Sakin: "Səsinə ayıldım. Sel ilə mənim evimin arasında 10 metr fərq var. Mal-qara da çöldə . Digər heyvanları çıxartdım, amma balalı inəyi çıxara bilmədim. İnək əlli-ayaqlı yoxa çıxdı".

Cavid Əkbərov - Sakin: "Toyuqlar ölüb. Televizor, soyuducu, video hamısı içəridədir. Qalmışıq çöllərdə, sığınacaq istəyirik".

İlhamə Əkbərova- Sakin: "Ayıldıq, bir də gördüm deyir ki, sel gəlir, durun ayağa. Qonşular harayımıza gəlib. 4 baş ailə çöldə qalmışıq".

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.

Şimal-qərb bölgəsində Yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar