Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qala” təhlükəsizlik xidmətinin rəhbərini döydülər – Video


“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətində pulu batan işçilər rəis müavinini döyüb


PİA.AZ xəbər verir ki, axar.az-a göndərilən özəl videoda BTX-nin rəhbəri Vüqar Hüseynov və müavini depozit qoyan mühafizəçilərə problemin həlli olunacağını vəd edir.
 
Müzakirələrin gedişində əsəblər tarıma çəkilir və maaşını ala bilməyən idarə əməkdaşları V.Hüseynovun müavinini döyürlər. Müdirlə mübahisə zamanı şikayət edən işçilər şirkətdə baş alıb gedən özbaşınalıqdan, rəhbərliyin qanunsuz əməllərindən şikayətlənir.
 
Bildirək ki, hazırda 7 minə yaxın mühafizəçi nə qoyduğu depoziti götürə bilir, nə də əmək haqlarını ala. İdarənin Şabran, Qazax, Tərtər və digər yerlərində olan filiallarında işə düzələnlər etiraza qalxıblar.
 
Daxili İşlər Nazirliyinə də yürüş etmiş mühafizəçilər pullarını geri istəyirlər. Onu da bildirək ki, V.Hüseynov bu hadisələrə qədər deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsərbank”ın səhmlərini alıb. Ehtimal olunur ki, mühafizəçilərdən mənimsədiyi pulları banka yatırıb. Barəsində cinayət işi açılmış V.Hüseynovun milyonlar mənimsədiyi bildirilir.
 
Həmin iclasda mühafizəçilərlə “Qala” rəhbərliyinin danışıqlarını və döyülmə kadrlarını təqdim edirik: 
 
pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar