Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçqınkom”a daha bir səlahiyyət verildi


Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilib


Bununla bağlı bu gün Nazirlər Kabineti müvafiq sərəncam verib. 

Baş nazir Artur Rasizadənin imzaladığı sərəncama əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi işini davam etdirmək məqsədi ilə Komitənin aparatının mövcud ştat sayı dairəsində İşçi Qrupu yaratsın, həmin İşçi Qrupunun tərkibinə mövcud İşçi Qrupuna daxil olan mütəxəssisləri və aidiyyəti dövlət orqanlarının nümayəndələrini cəlb etsin. 

Dövlət Komitəsi yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını təmin etməli, münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etməli və görülən işlər barədə hər ilin sonunda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.

İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçiriləcək. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar