Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçaq gəlinlər” serialı və toy günü qaçan gəlinlər


Nikah mərasimindən, toydan və gəlinlik almaq üçün getdiyi mağazadan qaçaraq romantika axtarışına çıxan 3 gəlin şəhərə gəlir.


Onlar arxalarında buraxdıqları ailəsini düşünmədən gələcək sevgilərinin axtarışına çıxırlar...

Türkiyənin “Star” telekanalında yayımlanan “Qaçaq gəlinlər” serialının əsas mövzusu belədir. Serialın qəhrəmanları arzuladıqları həyatı, sevgini, romantikanı, macəranı yaşayırlar.

Qəribədir ki, serialın yayımlandığı gündən Azərbaycanda da oxşar hadisələr yaşanır. Son 2-3 ayda 4 gəlin toy günü evini tərk edib. Gəlinlərin toy günü evdən qaçmasının səbəbləri eynidir - onlar sevmədiyi oğlana ərə veriliblər.

Amma nəzərə alaq ki, qızların razılığı olmadan, yəni zorla ərə verilmə nə dünənin, nə də bu günün problemi deyil. Xüsusilə bölgələrdə qızların razılığı olmadan ərə verilmə faktları yetərincədir.

Bəs son günlər nə dəyişib? Qızlar niyə məhz toy günü evdən qaçırlar?

Virtualaz.org saytı bu suallara cavab tapmağa çalışıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, gənc qızların toy günü və ya toya bir-iki gün qalmış evdən qaçması ailədən qisas almağa yönəlmiş addım kimi qiymətləndirilə bilər: “Qızların məhz toy günü evdən qaçmasının səbəbləri  müxtəlif ola bilər. Birincisi, seriallar gənclərə şüuraltı təsir göstərir. Qızlar romantika, sevgi axtarışına çıxa bilərlər. Digər tərəfdən, zorla ərə verilən qızlar bununla da ailəsindən qisas ala biləcəklərini düşünürlər”.



M.Zeynalovanın sözlərinə görə, toy günü evi tərk edən qız gələcək həyatında baş verə biləcək hadisələri də nəzərə almalıdır: “İstənilən halda arzuolunmaz hadisələrdir. Mən bu qızlara dəstək vermirəm. Toy günü evdən qaçan qız ailəsini, qarşı tərəfi düşünməlidir. Bu hadisədən sonra ailəsi onu qəbul edib gözünün üstündə saxlamayacaq. Nişanlandığı oğlana, onun ailəsinə hörmət qoyulmalıdır”.

Hüquq müdafiəçisi narazılıqların toya qədər həll olunmasının tərəfdarıdır: “Bəzən qızlar romantika axtarışına çıxırlar. Bəzən ailədaxili zorakılıq baş verir. Bu isə onun göstərir ki, ailələrdə qızlarla söhbətlər aparılmır, onların istək və arzuları dinlənilmir. Halbuki valideynlər xüsusilə qızları ilə danışmalı, onları dinləməlidir”.

Psixoloq Nazilə Məmmədova isə ailə inistitutlarının dağıldığını, dəyərlərin mənəvi aşınmaya məruz qaldığını düşünür. N.Məmmədovanın fikrincə, qızlar toy günü evi tərk etməklə diqqət çəkməyə çalışırlar: “Diqqət yetirin, son zamanlar bir tərəfdən gənclərin həmyaşıdlarına təzyiq göstərib bunu internetdə paylaşmaları, digər tərəfdən yeni tanışlıq cəhdləri, macəraya meyl çoxalıb. Hazırda təhsil müəssisələrində psixoloji söhbətlər aparılmır. Valideynlər uşaqlarına diqqət ayırmırlar. Nəticədə kənar təsir artır. Gənclər serialların, filmlərin təsirinə düşürlər”.

Psixoloq qapalı həyat tərzinin və ailədaxili zorakılıqların da qızların son dəqiqədə qərar verməsinə təsir etdiyini deyir: “Bəzən evdəki mühit qızları sıxır. Buna görə də evdən qaçmağa şərait axtarırlar. Buna görə də bütün məsuliyyət valideynlərin üzərinə düşür. Qızı evdə saxlamaqla ona nəzarət etdiyini düşünən valideynlər yanılırlar. Uşaqları həyata hazırlamaq lazımdır. Uşaq kənardan gələ biləcək təhlükələri öyrənməli, məlumatlı olmalıdır”.

N.Məmmədova serialların gənclərə təsir etdiyini də vurğuladı: “Seriallardakı həyat cəlbedici gəlir. Mən hesab edirəm ki, o qızlar da seriallardakı qəhrəmanların həyatını yaşamaq arzusu ilə evdən qaça bilərlər”.

Xatırladaq ki, avqustun 26-da Azərbaycanda daha bir gəlinin toy günü qaçdığı haqqında məlumat yayılıb.

Oğuzun Muxas kəndində gəlin toy günü evdən qaçandan sonra onun əvəzinə gəlinin bacısı ərə verilib. Verilən məlumatda gəlinin nişanlısını sevmədiyi, toy günü öz sevdiyi oğlana qoşulub qaçdığı göstərilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar