Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin növbəti prezidentliyi sülh və təhlükəsizliyin qorunmasına deyil...”


Politoloq: “Rusiyada prezident seçkiləri, yenidən Putinə Kremldə növbəti 7 il üçün qalmaq şansı verdi”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdənin yazısını təqdim edir.

Rusiyada prezident seçkiləri, yenidən Putinə Kremldə növbəti 7 il üçün qalmaq şansı verdi. Növbəti yeddi il əvvəlki illərdən fərqli olaraq Putin üçün gərgin və qlobal geosiyasi konfontrasiyanın əsas füquru olacaq.

Qərblə kəskinləşən siyasi -iqtisadi münasibətlər kəşfiyyat və kiber müharibə ilə davam edir. Hələ, Vladimir Putin 2014-cü ildə öz "Yaşıl adamcıqlarını" Krıma çıxarmaqla Qərbə qarşı hibrid müharibəsini elan etdi və Ukraynanın bu ərazisini güc tətbiq edərək Rusiyaya birləşdirdi. Putinin bu siyasi-hərbi hərəkəti ikinci dünya müharibəsindən sonra dövlətlərin toxunulmaz sərhədlərini güc yolu ilə dəyişdirməsi idi. Təbii ki, ABŞ başda olmaqla Qərb dünyası rəsmi Kremlin beynəlxalq hüququ pozan bu siyasətinə seyrçi qala bilməzdi. Tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadi inkişafına zərbə vurdu.

Qeyd edim ki, Ukrayna və Suriya Qərblə(ABŞ) Rusiya arasında əsas savaş plasdarımıdı. Bir tərəfdən Britaniyada keçmiş QRU zabitinə qarşı kimyəvi silahla hücum Putinə vahid cəbhənin formalaşmasına əsas verdi.

Qərbdən bu qədər təzyiqlər fonunda Putin MDB ölkələrindən Rusiyaya qarşı tam dəstək ifadə olunmasını istəyəcək. Ötən həftə Qazaxıstanın ABŞ vətəndaşları üçün viza rejimini qaldırmasına Rusiya XİN rəhbərinin Sergey Lavrovun sərt bəyanatı göstərir ki, Moskva bundan sonra öz geosiyasi hüdudları saydığı post-sovet ölkələri ilə təzyiq dili ilə danışacaq və Qərbin bu arialda möhkəmlənməsinə imkan verməyəcək. 
Qeyd edim ki, ABŞ, Qazaxıstanı öz orbitinə almaqla Rusiyanın MDB ölkələrinə təsirini azaltmaq və Avrasiya İttifaqını beşikdə boğmağı qarşına məqsəd qoyub.

Bu xüsusda Putinin növbəti prezidentlik dönəmində qonşu ölkələrə qarşı siyasi təzyiqlərinin artması gözləniləndir. Putinin bu dönəmdə Azərbaycanla bağlı siyasətinə gəldikdə isə, Rusiya-Azərbaycan əlaqələrində ciddi problem gözlənilmir. Rusiya ilə ölkəmiz arasında hərbi-ticari müqavilələrin yenidən bağlanması gözlənilir. Azərbaycan Rusiyaya görə Avropa ilə müəyyən araməsafəsi saxlayacaq.

Əgər, ABŞ-ın məlum sanksiya xəbərdarlıqlarına Azərbaycan Rusiya ilə müqavilədən çəkinsə, Rusiyanın ölkəmizə ciddi təzyiqləri ola bilər. Xəzərin statusu ilə bağlı danışıqlar təxirə salına bilər. Xəzər dənizində Rusiya hərbi gəmilərinin intensiv manevrlərinin şahidi ola bilərik. Həmçinin KTMT çərçivəsində Rusiya Ermənistana açıq dəstəyini ifadə edər. 
Bu müddətdə Putin Qarabağ münaqişəsinin həllində real danışıqlara imkan verməyəcək və Ermənistan hakimiyyətini öz siyasi idarəsində saxlamaqla regionda sülhün bərqərarına əsas mane olacaq.

Putinin növbəti prezidentliyi sülh və təhlükəsizliyin qorunmasına deyil, münaqişlərin qızışdırılmasına və problemlərin dərinləşməsinə xidmət edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar