Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putinin adamları” İtalyada hökumət formalaşdırır

İtaliyada martın əvvəllərində keçirilmiş parlament seçkilərində yerlərin çoxunu qazanmış iki populist və rusiyameylli partiya-“Beş ulduz” hərəkatı və “Şimal liqası” ölkə prezidenti Serjio Matarelleyə koalision hökumətin baş naziri vəzifəsinə namizədi təqdim ediblər


Bu, indiyə qədər siyasətdə heç kimin tanımadığı vəkil və hüquq professoru Cüzeppe Kontedir.

Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, 54 yaşlı Konte barədə çox az məlumat var. O, əvvəllər sol təmayüllü siyasətçi kimi özünü tanıtmağa çalışıb, amma sonradan Avropada solçuluğun daha aktual olmadığını əsas gətirərək bu ideologiyadan daşınıb. Seçki kampaniyası dövründə Konte bir dəfə də olsun publika qarşısında görünməyib. Habelə seçkilərdən sonra koalision hökumətin formalaşdırılmasına dair danışıqlarda heç vaxt onun adı çəkilməyib.



Buna baxmayaraq “Beş ulduz” hərəkatının lideri Lyuci Di Mayo bildirib ki, Konte texniki fiqur deyil, siyasətçidir. “Şadam ki, biz onun namizədliyi məsələsində razılığa gəldik”-o bildirib.

“Şimal liqası” və “Beş ulduz” hərəkatı koalision hökumətin proqramını mayın əvvəllərində razılaşdırıblar. Bura korrupsiyaya qarşı mübarizə, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının qorunması, pensiya islahatları və s. daxildir.

Hər iki partiya İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP boru kəmərinə qarşı uzun müddət təbliğat aparıblar, aksiyalar təşkil ediblər. Bu baxımdan İtaliyada “Putinin adamlarının” formalaşdırdığı hökumətin TAP-la bağlı davranışlarının necə olacağı maraq doğurur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar