Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin regionda yeni bir savaş başlada bilər” - Politoloq


Natiq Miri: “Putin daxili ictimai diqqəti tamamilə başqa yönə istiqamətləndirmək üçün regionda yeni bir savaş başlada bilər”


“G7 qrupunun verdiyi qərara əsasən Rusiya həm Suriyada, həm də digər münaqişə bölgələrində özünün dominant, aparıcı bir dövlət olduğunu inkar etməli və qlobal səviyyədə dünya gücləri ilə əməkdaşlığa üstünlük verməlidir”.

Bu sözləri politoloq Natiq Miri dünən İtaliyada toplanan G7 qrupunun Suriya məsələsi üçün Rusiyaya etdiyi təklifi PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi dünən İtaliyanın Luçça şəhərində dünyanın inkişaf etmiş ən böyük 7 ölkəsinın (G7) və Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin toplantısı işə başlayıb. İtaliyanın ev sahibliyi ilə keçirilən toplantıda xarici işlər nazirləri Ancelino Alfano (İtaliya), Reks Tillerson (ABŞ), Boris Conson (Böyük Britaniya), Siqmar Qabriel (Almaniya), Jan-Mark Ayro (Fransa), Fumio Kişida (Yaponiya), Kristia Friland (Kanada) və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini iştirak edirlər. İki gün davam edəcək toplantıda terrorizmlə mübarizə, miqrant böhranı, İŞİD-in Suriyadan və İraqdan çıxarılması, Suriyada vətəndaş müharibəsi, eləcə də İran, Liviya, Ukrayna, Şimali Koreya ilə münasibətlər və digər məsələlər müzakirə ediləcək. Suriya məsələsi ilə bağlı müzakirələrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın xarici işlər nazirləri də iştirak edəcəklər.

İtaliyada toplanan G7 qrupunun xarici işlər nazirləri bir mənalı şəkildə Rusiyanın Suriyadan çıxmasının zəruriliyini dilə gətiriblər və bunun əvəzində Rusiyanın yenidə G7 qrupuna geri qayıtmasına qapı açacaqlarını qeyd ediblər. Eyni zamanda Vaşinqtonda Ağ Evin sözçüsü Şon Spayser Moskvanın Suriya məsələsində ABŞ-ın milli maraqlarına uyğun geri addım atmayacağı təqdirdə Rusiyanın tamamilə təcrid olunacağını qeyd edib. Bəs bu məsələ ətrafında aparıcı Qərb dövlətləri ilə Rusiya arasında anlaşma saxlanamadığı halda Suriyada və beynəlxalq siyasətdə hadisələr necə inkişaf edə bilər və Qərbdən tamamilə təcrid olunmuş Rusiyanın taleyini necə görürsünüz? Ümumiyyətlə hazırkı şəraitdə Rusiyanın iqtisadi və siyasi resursları Qərb dövlətlərinə qarşı ikinci soyuq müharibəyə davam gətirə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.



Natiq Miri: “Əgər yenidən Rusiya Əsəd rejimini müdafiə etməyə davam edərsə, bundan sonra Rusiyaya daha sərt sanksiyalar tətbiq oluna bilər”.


Politoloq qeyd edib ki, Qərb dünyası Rusiyanı həm siyasi, həm iqtisadi, həm diplomatik, həm də hərbi cəhətdən tamamilə təcrid edə bilər. Buna görə də, bu gün Rusiya böyük seçim qarşısındadır. Əgər Rusiya Əsəddən yana qərar verəcəksə, bu qərar Rusiyaya yalançı dünya gücü olması görüntüsündən başqa heç nə qazandırmayacaq:

“Əgər xatırlayırsınızsa, Əsəd rejimi öz xalqın kimyəvi silahla boğandan sonra mən açıqlama verdim ki, ABŞ-ın Əsədə cavab bombalaması bütövlükdə Suriya prosesində bir dönüş nöqtəsi ola bilər. Artıq hiss olunur ki, həqiqətən də ABŞ-ın bombardmanı dünyada qlobal səviyyədə olan bir çox münaqişələrin, hətta beynəlxalq münasibətlər çərçivəsində münasibətlərin tənzimlənməsi yönündə dönüş nöqtəsi ola bilər. Bu dünən İtaliyada toplanan G7 qrupunun görüşməsində də özünü bilavasitə təsdiq etdi. Artıq söhbət ondan gedir ki, dünyanı idarə edən G7 qrupunun verdiyi qərara əsasən Rusiya həm Suriyada, həm də digər münaqişə bölgələrində özünün dominant, aparıcı bir dövlət olduğunu inkar etməli və qlobal səviyyədə dünya gücləri ilə əməkdaşlığa üstünlük verməlidir. 

Həmçinin bu da maraqlıdır ki, Rusiyaya başqa bir seçim qoymurlar. Yəni Rusiya ilə dünya güclərinin əməkdaşlığı asılı olacaq Rusiyanın verdiyi qərardan. Bildiyimiz kimi G7 qrupu Rusiyanın Suriyadan çıxmasının zəruriliyini dilə gətirib. Bunun əvəzində də Rusiyanın yenidə G7 qrupuna geri qayıtmasına qapı açacaqlarını və Rusiyaya qoyulan sanksiyaların, izolyasiyanın aradan qaldırılmasının müqabilində Rusiyaya əməkdaşlıq təklif olunur. Amma əgər yenidən Rusiya Əsəd rejimini müdafiə etməyə davam edərsə, bundan sonra Rusiyaya daha sərt sanksiyalar tətbiq oluna bilər. Qeyd edim ki, sərt sanksiya deyərkən SWIFT ödəniş sitemlərindən Rusiyanın tamamilə təcrid olunması, həmçinin Rusiya prezidentinin ailəsinin Qərb dünyasında olan hesablarının tamam dondurulması və bilavasitə Putinə məxsus şirkətlərin fəaliyyətin də Qərb dünyasında dondurulması kimi çox sərt sansksiyalara gedilə bilər. 

Natiq Miri: “Qərb dünyası Rusiyanı həm siyasi, həm iqtisadi, həm diplomatik, həm də hərbi cəhətdən tamamilə təcrid edə bilər”.


Bu sadalananlar da son deyil. Yəni Qərb dünyası Rusiyanı həm siyasi, həm iqtisadi, həm diplomatik, həm də hərbi cəhətdən tamamilə təcrid edə bilər. Buna görə düşünürəm ki, bu gün Rusiya böyük seçim qarşısındadır. Əgər Rusiya Əsəddən yana qərar verəcəksə, bu qərar Rusiyaya yalançı dünya gücü olması görüntüsündən başqa heç nə qazandırmayacaq. Yenə qeyd edim ki, bu da Rusiya üçün çox böyük məhrumiyyətlərlə müşahidə olunacaq. Bu da təbii ki, regionda yeni savaşın çıxamasına səbəb ola bilər. Bu savaşın da əsas səbəbi o ola bilər ki, yaxın zamanda Rusiyanın daxilində müəyyən iqtisadi və sosial gərginliklə müşahidə oluna bilər və prezident Putin də  daxili ictimai diqqəti tamamilə başqa yönə istiqamətləndirmək üçün regionda yeni bir savaş başlada bilər. Başlanılması ehtimal olan bu savaş da həm postsovet məkanında, həm də digər regionlarda ola bilər. 

Yəni Rusiya yeni bir savaşın içərisinə girməklə, bu cür ideolojidən istifadə edərək yenidən rus millətini aldatmağa yönəlik addım ata bilər. Buna görə də düşünürəm ki, Rusiya çox çətin seçim qarşısındadır. Biz də bu proseslərdə hansı addımların atılmasın gözləyək və tələsik qərar qəbul etməyək. Çünki ABŞ dövlət katibi Reks Tillerson Moskvadadır və bu gün çox ciddi danışıqlar gedir. Mən hesab edirəm ki, Reks Tillerson Sergey Lavrovla görüşəndən sonra Lavrov ABŞ-ın başda olduğu böyük G7 qrupunun ismarıclarını prezident Putinə çatdıracaq və dərhal bu yöndə Rusiya Təhlükəsizlik Şurası təcili olaraq yığışacaq. Rusiya Təhlükəsizlik Şurası da bu yöndə strateji qərarlar verəcək. Buna görə də yaxın həftələrdə Rusiyanın bu yöndə mövqeyi bilinəcək və bu mövqedən sonra, artıq qlobal səviyyədə hadisələrin hansı yönə doğru inkişaf etməsi haqqında nələrisə söyləmək mükün olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar