Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin gözəl taktikdir, lakin bərbad strateqdir”


SANKSİYALAR RUSİYANI ÜRƏYİNDƏN VURUR!


- ABŞ-ın anti-Rusiya sanksiyaları

Prezident Donald Tramp sanksiyalara mənfi yanaşır, ancaq həm Demokratların və həm də Respublikaçıların əksəriyyəti yeni qanun layihəsinin lehinə səs veriblər. 25 iyulda Nümayəndələr Palatası (konqres) yeni sanksiyaları 419 səs lehinə, 3 səs əleyhinə olmaqla, 27 iyul tarixində isə senat 98 səs lehinə, 2 səs əleyhinə olmaqla, qəbul ediblər.

Bu sanksiyalar Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etməsinə və həmçinin də onun Ukrayna və Suriyadakı aqressiv davranışlarına qarşı cavab tədbiri kimi baxılır. Sanksiyaların məqsədi Vladimir Putinə və onun yaxın ətrafına, həmçinin də Rusiya iqtisadiyyatının silah ticarəti, enerji ixracı kimi sektorlarına zərbə vurmaqdır.

Rusiya tərəfindən ABŞ prezidenti Donal Trampın ünvanına söylənən həqarət dolu bir sıra sözlər rusların Amerikaya qarşı hazırladıqları strategiyanın uğursuzluğa düçar olmasının əlamətidir. Bu, həm də, ABŞ sanksiyalarının Rusiyaya həqiqətən də zərər vurduğunu göstərir.

Danimarkadakı “Orxus Universiteti”nin professoru, politoloq və Rusiya üzrə ekspert Mette Skak məsələ ilə əlaqədar deyir: “Tamamilə mümkündür ki, bu Medvedyev və Putinin əvvəlcədən razılaşdırdıqları oyundur. Putin özüylə Tramp arasında yaranmış xoş münasibətlərin birbaşa zərər çəkməməsindən ötrü, Medvedyevə kəskin danışmağa imkan verir”.

Rusiya hökumətinin başçısı Dmitri Medvedyev nə danışdığına məhəl qoymadan “Twitter” və “Facebook” səhifəsində Amerikan prezidentini məsxərəyə qoyaraq, onu zəif və aciz adlandırıb.

- Rusiya sanksiyalara reaksiya verir

Donlad Tramp güclü təzyiqlər nəticəsində konqresdəki Demokratların və Respublikaçıların əksəriyyətinin lehinə səs verdikləri sanksiyalar layihəsini imzaladıqdan sonra, onun ünvanına sözlü hücumlar başladı.
Yeni sanksiyaları Tramp üçün xüsusilə problemli hesab edirlər. Çünki yeni sanksiyaların tətbiqindən başqa, bu qanunun prezident tərəfindən sərbəst şəkildə ləğv edilməsi və ya yüngülləşdirilməsi proseduru da çətinləşəcək.
Rusiya hökumətinin bəyanatında deyilir ki, Trampın özünün əleyhinə çıxdığı qanunu imzalaması prezident üçün böyük acizlikdir. Rusiyanın baş naziri Medvedyev “Twitter”də yazıb: ”Amerikan isteblişmenti Tramp üzərində təmiz qələbə çalıb. Prezident yeni sanksiyalara sevinmir, ancaq o, bu qanunu imzalamaya bilməzdi”.

- Trampın məsxərəyə qoyulması rusların zəifliyini göstərir

Mette Skak bildirir ki, rusların gözlədiyinin əksinə olaraq, Trampın ünvanına söylənilən həqarətli şərhlər əks-effekt yaradır. Mette Skak deyib: “Bütün bunların hamısı onu göstərir ki, amerikalıların hərəkətləri Rusiyaya ziyan vurur. Ruslar sanksiyaların heç bir əhəmiyyət daşımadığı haqqında hekayələr uydururlar. Amma onlar koqress tərəfindən görülən tədbirlərə çox aktiv reaksiya göstərirlər. Bu da onu sübut edir ki, sanksiyalar həqiqətən də bərk “dişləyir”. Medvedyev özü də istəmədən praktik olaraq, ABŞ-ın sanksiyalar siyasətini reklam edir. Nə vaxt ki, Medvedyev, Trampın konqresin öhdəsindən gələ bilməməsinə gülürsə, onda o göstərir ki, ruslar həqiqətən də, dünyaya Rusiya reallığından yanaşırlar. ABŞ-da konqres prezidentə qarşı çıxış edə bilər. Əgər prezident konqreslə əməkdaşlıq etməyi bacarırsa, onda o doğrudan da güclüdür. Rusiyadakı parlament isə hökumətin qərarlarını təsdiq edən milli yığıncaqdır. ABŞ-da olduğu kimi Rusiyada bu cür hakimiyyət bölgüsü yoxdur. Ruslar hakimiyyət bölgüsünün nə olduğunu bilmirlər”.

- Putinin strategiyası uğursuzluğa düçar olub

Mette Skak indiki vəziyyətə Putin strategiyasının alt-üst olmasının əlaməti kimi baxır: “Trampın prezidentliyinin ilk başlarında ruslar elə güman edirdilər ki, o, Rusiya ilə yeni əməkdaşlıq əlaqələri quracaq. Ancaq ruslar yanılıblar, çünki Tramp bunu Rusiya ilə bağlı olan qalmaqala görə edə bilməyəcək. Konqresin sanksiyaları sərtləşdirməsinin ən böyük ehtimalı Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxilə etməsi ilə bağlıdır. Bu rusların öz qapılarına vurduqları qol olub ki, biz onun nəticələrini yalnız indi görürük. Putin gözəl taktikdir, lakin bərbad strateqdir. O ətraf dünyanı təəccübləndirə bilir, amma onun uzunmüddətli planları əsassız və düşünülməmiş olur. O, Suriya münaqişəsində özünün mövqeyini məharətlə göstərə bildi, ancaq onun Suriyadakı münaqişəni həll etmək planı daha çox Rusiyanı oradan itkisiz çıxarmağa yönəlib. Elə Suriyada olduğu kimi, onun şərqi Ukraynada yaratdığı üsyanın da üzunmüddətli plan baxımından heç bir dayanıqlığı yoxdur. Putinin etdikləri ilk anda dahiyənə görünür, lakin sonradan bəlli olur ki, bu onun öz qapısına vurduğu qoldur. Putin üçün ən mühümü öz rejiminin və həmçinin də özünün yaxın ətrafının mövqeyinin saxlanılmasıdır”.

- İndiki sanksiyalar çox ciddidir

Medvedyevin iddia etdiyinə görə, sanksiyalr Rusiyanın xeyrinədir. Mette Skak bu fikirləri əsassız sayır: ”İndiyədək Qərb sanksiyaları enerji sektoruna toxunmayıb, amma Amerikanın gətirdiyi yeni məhdudiyyətlər enerji sektoruna qabaqcıl texnologiyalar yollayan şirkətlərə də aid edilir. Bu isə Rusiya enerji tədarükünün gələcək müqəddəratının ortaya qoyulmasıdır. Belə olan halda ruslar çox ciddi problemlərlə qarşılaşırlar”.

(Politiken-Danimarka)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar