Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin göstərdi ki, Suriyada hakimiyyət onun əlindədir və Əsəd yerində əyləşəcək”


"Əslində, Prezident Putin Suriyadan ordunu çıxarmır. Əksinə, Suriyada yeni Rusiya hərbi bazası açıldı. İkincisi, Suriyada yer əməliyyatları İran və ya ona yaxın qüvvələr tərəfindən həyata keçirilir. Rusiya Suriyadan az sayda ordu çıxarır. Amma bütövlükdə İran və Rusiya Suriyaya nəzarət etməkdə davam edir


Bunu Teleqraf.com-a DİP sədri, politoloq Asim Mollazadə Putinin nümayişkaranə şəkildə Suriyaya səfər etməsi və Hmeymin aviabazasında ordunun Suriyadan çıxarılması haqda qərar verməsini şərh edərkən deyib.

Mollazadə qeyd edib ki, Putinin qərarı ilə məhdud sayda rus hərbçisi Suriyadan çıxarılacaq:

“Ancaq ümumilikdə Rusiya Suriyada hərbi imkanlarını və mövqeyini gücləndirir. Başqa sözlə, iki hərbi baza öz fəaliyyətini gücləndirir. Rusiya təyyarələri, silahlı qüvvələr Suriyada qalır. Bu qərarın verilməsinin səbəbi guya Rusiyanın sülh məramını dünyaya nümayiş etdirmək, bu ölkəyə olan təzyiqləri azaltmaq məqsədi də güdür. Əslində isə Suriyaya nəzarət Rusiyaİranın əlindədir”.

Politoloq Putinin ordunu Suriyadan çıxarmaq haqda qərarını Kremldə deyil, məxsusi olaraq Suriyadakı Hmeymim aviabazasında, ordu qarşısında elan etməsinin səbəbini də açıqlayıb: “Bununla dünyaya nümayiş etdirildi ki, Rusiyanın Suriyada hərbi bazası var, ruslar istədiyi zaman Suriyaya gələ bilər. Suriyada hakimiyyət onların əlindədir və Bəşər Əsəd də öz kreslosunda əyləşəcək”.

Politoloq qeyd edib ki, bölgədə İran hərbi bazalarının açılması və güclənməsi gərginliyi artıracaq: “İstisna etmirəm ki, hansısa mərqamda süni çoxluq yenidən Bəşər Əsəd rejiminə qarşı etirazlarını bildirəcək. Yəni məsələ tam həll edilməyib. Putinin Suriya səfəri qələbəsinin nümayişi idi”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar