Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Proxanovun Putin elitasına yaxınlığı onun söylədiyi fikirlərin əhəmiyyətini artırır”


Rusiya siyasi arenasında özünəməxsus rolu olan və ölkənin həyata keçirdiyi daxili və xarici siyasətin ideoloqlarından biri olan Aleksandr Proxanovun Azərbaycana səfəri böyük rəğbətlə qarşılanıb


Milli Məclisin deputatı Fazil Mustafa virtualaz.org-a bu səfərin əhəmiyyəti barədə danışarkən deyib: 

“Aleksandr Andreyeviç Proxanov Rusiyada ictimai rəyə təsir göstərən ziyalı öncüllərdən bridir. Maraqlı fikirləri var. İctimai-siyasi xadim kimi də Putin elitasına yaxınlığı söylədiyi fikirlərin əhəmiyyətini bir az da artırır”.

Rusiyalı qonağın Qarabağ münaqişəsinə münasibətdə fərqli fikirlər sərgiləməsi də siyasətçinin diqqətindən yayınmayıb. “Adətən, Rusiyadan Azərbaycana təşrif buyuran ağır çəkili şəxslərin ilk öncə Qarabağ məsələsinə münasibətinin necə olduğuna diqqət yetirməli oluruq və bu da bizim üçün adamları hansı “fayl”ın içində yerləşdirmək üçün əsas motivə çevrilir. Hər halda, ölkə prezidenti ilə görüşündə, ardınca mətbuata verdiyi müsahibəsində pozitiv görüşləri dilə gətirirsə, Rusiya-Azərbaycan münasibətlərinə ən böyük əngəlin Ermənistan olduğunu söyləyirsə, eləcə də, dolayı yolla Azəərbaycanın hərbi yolla Qarabağı öz yurisdiksiyasına qaytarmasına haqq qazandırırsa, bu davranışları təqdirlə qarşılamaq məqsədəuyğundur”, - millət vəkili bildirib.

“Aydındır ki, Güclü Rusiya tərəfdarları üçün əsasən digər qovluqda Zəif Postsovet dövlətləri tezisi yerləşdirilir və praktik siyasətdə bunu gerçəkləşdirməyə çalışırlar. Ancaq ortada bəzi reallıqlar var ki, Rusiyada anlayırlar ki, heç də hamı ilə düşmən olmanın nəticələri müsbət bir şeylər vəd etmir. Fikrimcə, Proxanov da Rusiya ilə problem yaratmayan və kimsənin cinahında və himayəsində olmaqdan zəhləsi gedən Azərbaycan kimi bir dövlətin incik salınmasına qarşı mövqe sərgiləyir. İstər bir neçə müddət öncə Bakıya səfər etmiş Duginin, istərsə də indi gəlmiş Proxanovun mesajlarını diqqətlə izləməmiz və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması üçün faydalı olan arqumentlərlə onları tanış etməmiz yaxşı olardı. Xeyri olacaq, olmayacaq, bilmirəm, hər halda Rusiya elitasında bizim maraqlarımıza uyğun gələn düşüncənin möhkəmləndirilməsi vacib işlərimizdən biri sayıla bilər”, - Fazil Mustafa fikirlərini tamamlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar