Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prokuror otağına çağırıb, oğlunun 10 min borcunu verdi“ - “MTN İŞİ“

Günün ikinci yarısında davam edən prosesdə zərərçəkmiş Neyman Kərimovun epizodu üzrə dindirmələr davam edib


Lent.az-ın məlumatına görə, proses haqqında jurnalistlərə Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
 
İlk öncə şahid qismində sabiq MTN əməkdaşı Elçin Çıraqov ifadə verib.
 
O, ifadəsində Neyman Kərimovun dediklərini təkzib edib. Şahid həmçinin Neyman Kərimovun MTN-ə gətirilməsindən xəbərsiz olduğunu deyib.
 
Şahid qismində hazırda DTX-da çalışan, MTN-də isə Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi olmuş Vüqar Muxtarov ifadə verib. O, ifadəsində bildirib ki, əməliyyat keçirərək Neyman Kərimovu MTN-ə gətiriblər və həmin əməliyyatda Elçin Çıraqov da iştirak edib.
 
Bundan sonra Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət qaldıraq şahidlərin çarpaz dindirilməsini istəyib: "Hər iki şahid həm istintaqda, həm də məhkəmədə ziddiyyətli ifadələr verib. Həm də Sevinc də ifadəsində Elçin Çıraqovun onun pulunu Neymandan alaraq qaytardığını dedi. Ona görə hər 3 şahidin birlikdə dindirilməsini istəyirik. Üzləşsinlər, görək, kim, nəyi düz deyir".
 
Hakim vəsatəti baxılmamış saxlayıb.
 
Prosesdə zərərçəkmiş şəxs qismində Hafiz Abakarov ifadə verib. O bildirib ki, hazırda Nəsimi rayon İcra Hakimiyyətində Hüquq şöbəsi rəisidir. Şahid ifadəsində qeyd edib ki, indiyə qədər niyə zərərçəkmiş kimi tanındığını bilmir: "2014-cü ildə mən Səbael rayon İcra Hakimiyyətindəydim. MTN-dən zəng elədilər, dedilər, general Çovdarov səni çağırır. Gəldim. Çovdarov dedi ki, Mübariz Məmmədovla Rafiq  Tağıyev arasında torpaq mübahisəsi düşüb və Mübariz bildirib ki, pulu Hafiz Abakarova vermişəm. Mən də bildirdim ki, heç kimə mənə pul verməyib. Sonra çıxıb gəldim. Heç bir təzyiq və hədə-qorxu gəlinməyib. Şikayətim yoxdur".
 
Çovdarov Abakarovu MTN-ə çağırdığını təsdiqləyib: "Sağolsun, sayıb gəldi. Məsələni aydınlaşdırdıq".
 
Vəkil Akif Çovdarovun səhhəti ilə bağlı da danışıb. O bildirib ki, Çovdarov proses vaxtı dərmanlar qəbul edir və iynə vurdurur".
 
Məhkəmə yanvarın 25-də davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar