Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Problemli kreditlər fondu yaradılsın” - Samir Əliyev

İki devalvasiyadan sonra dollarla krediti olanların ödənişi iki dəfə artıb


Modern.az xəbər verir ki, iqtisadçı Samir Əliyev manatın getdikcə ucuzlaşmasının bu xərcləri daha da artırdığını deyib:

“Müştərilər hökumətdən dəstək gözlədikləri halda vəziyyət getdikcə pisləşməkdə davam edir. İkinci devalvasiyadan sonra (1 USD = 1.55 AZN) manatın dollara olan rəsmi məzənnəsi daha 5% azalıb. Proses yumşaq da olsa davam edir. Bu faizin artmaqda davam etməsi şübhə doğurmur. Deməli, paralel olaraq dollar krediti olan vətəndaşların qayğıları artır”.
 
“Dollarla krediti olan vətəndaşların qayğıları daha da artıb”
 
İyulun 1-i tarixinə xarici valyutada olan istehlak kreditlərinin həcmi 2 milyard 247 milyon manatdır. Onun 227,4 milyon manatı ödəniş kartlarının payına düşür.
 
Ekspert deyib ki, manatın məzənnəsinin son aylar ucuzlaşması tendensiyası (ayda təxminən 3%) göstərir ki, əhalinin aylıq ödəniş yükü ayda ən azı 50-60 milyon manat artır:
 
“Təsəvvür edin ki, manatın birdən-birə təxminən 10% ucuzlaşması əhalinin xərclərini 200 milyon manat artıra bilər. Bankların isə təkcə əmanətdən zərəri 630 milyon manat artar.
 
Ekspertlər dollar kreditləri ilə bağlı hökumət tərəfindən dəstəyin verilməsini vacib saysalar da təəssüf ki, heç bir addım atılmadı və böyük ehtimalla atılmayacaq da. Əgər hökumət dollar krediti götürənlərə kompensasiya vermirsə, onları gələcək devalvasiyadan qorumaq barədə düşünsün. Bunun yolu dollarda olan kreditləri manata çevirməkdir. Bəzi banklar belə təşəbbüslə çıxış etsələr də əksər banklar buna getməkdə maraqlı deyillər. Çünki onların valyuta mövqeyi buna imkan vermir”.
 
S.Əliyev problemdən çıxış yolu kimi yeni qurumun yaradılmasını təklif edib:
 
“Fikrimcə, dollar kreditlərinin manata konvertasiyası mexanizmlərindən biri Mərkəzi Bankın nəzdində Problemli kreditlər üzrə Fondun yaradılması ola bilər.
 
Fondun əsas məqsədi bankların kredit portfelinin yaxşılaşdırılmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank Fondun kapitallaşmasına manat vəsaiti ayırır.
Fond da öz növbəsində kommersiya banklarına uzun müddətə (məsələn, 20 il), aşağı faizlə (məsələn, illik 3%) depozit yerləşdirir. Həmin depozitlər dollar kreditlərinin yenidən maliyyələşdirilməsinə yönldilir və dollar kreditlərinin manata konvertasiyasını təmin edirlər. Qeyd edim ki, Qazaxıstanda oxşar mexanizm ipoteka kreditlərinə münasibətdə tətbiq edilir.
 
Eyni zamanda depozitlərin dollarlaşma səviyyəsinin də aşağı salınması barədə addımlar atılmalıdır. Söhbət manatla qoyulan əmanətlərə Mərkəzi Bank tərəfindən məzənnə zəmanətinin verilməsindən gedir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar