Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Problemin həlli ilə sıx məşğul olmaq lazımdır”


Problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq lazımdır


Azərtac xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Parlament Assambleyasının iyulun 8-də Minskdə keçirilən 26-cı ənənəvi sessiyasında ümumi müzakirələr zamanı söyləyib.

B.Muradova deyib: “Mən bir daha sizin diqqətinizi Ermənistan-Azərbaycan silahlı qüvvələrinin qarşıdurma xəttində Azərbaycanın dinc sakinlərinin, o cümlədən iki yaşlı qızın öldürülməsi ilə nəticələnən son eskalasiyaya cəlb etmək istərdim.

Beynəlxalq hüququ və insan hüquqlarını kobud şəkildə pozan bu hadisə dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb. Minsk qrupunun həmsədrləri olan ölkələr bu hadisəni pisləyiblər və onu danışıqlar prosesi əleyhinə yönəlmiş təxribat adlandırıblar. ATƏT-in Avstriya nümayəndəliyi, BMT-nin Baş katibi, Avropa Parlamentinin nümayəndələri olan bəzi ölkələrin xarici işlər nazirlikləri, AŞPA, bir sıra deputatlar, ictimai və din xadimləri də bunu pisləyiblər və belə bir hadisənin yolverilməzliyini vurğulayıblar.

Fürsətdən istifadə edərək, hamımızın bölüşdüyü bəşəri dəyərlərin bu şəkildə pozulmasına laqeyd qalmayan hər kəsə təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, bizim Parlament Assambleyası da bununla əlaqədar öz prinsipial mövqeyini bildirməlidir. Belə hadisələrin təkrarlanmaması üçün bu, çox vacibdir.

Dünya ictimaiyyətinin reaksiyası fonunda Ermənistan tərəfinin bu hadisəyə münasibəti təəssüf doğurmaya bilməz.

Alxanlı kəndində guya Azərbaycan Silahlı Qüvvələrinin atəş nöqtələrinin yerləşməsi və Azərbaycanın öz vətəndaşlarından guya hədəf kimi istifadə etməsi barədə bəyanatlar cəfəngiyatdır və təhlükəli tendensiya olduğunu göstərir.

Bu cür dəlillər bizə Xocalı soyqırımı dövründən məlumdur.

Məlumat üçün qeyd edim ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və KİV nümayəndələri atəşə tutulmuş Alxanlı kəndinə gedərək, bu kənddə Azərbaycan ordusunun heç bir atəş nöqtəsinin yerləşmədiyinin şəxsən şahidi olublar.

Bu hadisənin Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin aparıldığı və məcburi köçkünlərin ora qayıtdıqları bir vaxtda baş verməsi göstərir ki, bu provokasiya təsadüfən törədilməyib. Ermənistan məcburi köçkünlərin geri qayıtmasının qarşısını hər vasitə ilə almağa çalışır və cəbhə xəttində yaşayan əhalini doğma yurd-yuvalarından qovmaq məqsədi güdür.

Belə bir vaxtda bütün müvafiq strukturlar məsuliyyət nümayiş etdirməli və regionda onsuz da mürəkkəb olan vəziyyətdə arzuolunmaz inkişafa aparan mümkün provokasiyaları dayandırmaq və problemin təkcə ayrı-ayrı elementlərinin deyil, onun özünün həlli ilə sıx məşğul olmaq üçün münaqişənin dayanıqlı həllinə yönələn səylərini birləşdirməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar