Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentlə görüşdən sonra problem həll olunur, amma…”


PİA.AZ bildirir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu modern.az-a açıqlamasında qəzet yaymı ilə bağlı müəyyən irəliləyişlərin olduğunu deyib: “Bakıya gətirilmiş çoxsaylı köşklərdə əvvəllər “Yeni Müsavat” qəzetinin satışı məhdud idi. Hər köşkdə cəmi bir, ya da iki “Yeni Müsavat” qəzeti satılırdı. 

İndi qəzetin yayımında heç bir hədd yoxdur. Qəzetlər köşklərin vitrinlərinə də qoyulur. Lakin bizim üçün problemli bir sahə hələ də qalmaqdadır. Ümid edirik ki, o da həll olunacaq. Bu da metrostansiyalarda, stansiyaların içində, girişlərdə qəzet köşklərinin yığışdırılması və qəzet satışının ləğv olunmasıdır. Biz bu istiqamətdə çalışırıq. Mətbuat Şurasının yaratdığı komissiya tərkibində mən də varam. Metropolitendə də yayımın bərpa olunması istiqamətində təkliflər hazırlamışıq. Bu gün də o təkliflər müzakirə olunacaq. İstədiyimiz ondan ibarətdir ki, Bakı şəhərində yayıma heç bir məhdudiyyət qoyulmasın. Hər yerdə bu məhdudiyyət aradan qaldırılır, satış normallaşdırılır”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da deyir ki, yayımla bağlı problem qismən həll olunur: “Hazırda yeni köşklərdə, vitrinlərdə qəzetləri görmək olar. Amma məsələnin başqa tərəfi var. Qışda qəzetlərin satış imkanları məhdud olur. Bu qəzetlər çölə düzülür, yağışlı havada  bunları vitrinlərə qoymağa ciddi problemdir. Məsələnin birinci tərəfi budur. İkinci tərəfi isə metroda satış hələ də təmin olunmayıb”.

“Ayna/Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə qəzet yayımında nəticə görmədiyini deyir: “Bizim qəzetin problemləri hələ həll olunmayıb. Prezident tapşırıq versə də, məsələnin həlli uzanır. Görünür, iş gedir. Metroda qəzet satışı bərpa olunmayıb. Yeni köşklər təzə başlayıblar müqavilə bağlamağa. Hələ ki nəticə yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar