Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin penitensiar sahə ilə bağlı sərəncamı hümanist addımdır”


“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı və sənəddən irəli gələn məsələlər ölkə rəhbəri tərəfindən atılmış hümanist addımlardan biridir”


Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün elə cinayət növləri var ki, bu cinayətlərə görə həbs qəti-imkan tədbirinin seçilməsi heç məqsədə müvafiq sayılmır: "Yəni cəmiyyət üçün o qədər də qorxu yaratmayan bəzi cinayətlər var ki, məhkəmədən əvvəl bunun hər hansı araşdırılması gedən vaxtı onun həbs edilməsi heç də düzgün deyil. Çünki bu əsasən iqtisadi cinayətlərlə bağlıdır. İnsan üçün ən mühüm məsələ azadlıqdır. Məhz azadlığın da qabağını almaq və onu həbs etmək, uzun müddət pentensiar sistemdə bunların saxlanılması özü çətin anlar yaşadır. Bunun həm iqtisadi, həm də digər mənəvi tərəfləri var. Məhz bütün bunları nəzərə alaraq dünya hüquq sistemi ilə uzlaşmaq üçün bu vaxtında atılmış addımlardan biridir. Eyni zamanda hansısa cinayəti etmiş şəxslər haqqında müəyyən qərar verən orqanlarda korrupsiya faktlarının da qarşısını ala bilərlər.

Bu gün kiminsə icraedici orqanlara, məhkəmələrə təsiri və həmin şəxslərin həbsi ilə bağlı atdıqları addımlar var. Məhz buna görə də bu məsələ bir sıra qaranlıq məqamlara işıq gətirmiş olar və bunların qarşısı alınar. Bundan başqa dünya standartlarına uyğun olaraq məhkəmədə və yaxud məhkəmə qərarından sonra müxtəlif cinayətlərdən yayınma proseslərinin qarşısını almaq üçün həbs edilməyən şəxslər müəyyən elektron formada onların izlənməsi, yerlərinin müəyyən edilməsi istiqamətində də addımlar atılmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar