Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin ehtiyat fondunun vəsaiti 30 faizə qədər azalacaq“


"Onun birbaşa sərəncamında olan vəsait 200 milyon manat təşkil edəcək"


PİA.AZ xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu dövlət büdcəsinin gələn il üçün açıqlanan proqnozuna münasibət bildirərkən rəsmi "facebook" səhifəsində qeyd edib:

"Gələn il prezidentin ehtiyat fondunun vəsaiti 30 faizə qədər azalacaq. 

2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinin təhili göstərir ki, bu illə müqayisədə ixtisar olunan yalnız bir sıra xərclər deyil, həm də ehtiyat fondlarıdır. Cəmi büdcə xərclərinin bu ilə nisbətən gələn il 1,5 milyard manat az planlanladırılması ehtiyat fondlarına da təsir edib. 

Belə ki, 2017-ci ildə bütövlükdə ehtiyat fondlarına 300 milyon manat ayrılacaq ki, bu da cari illə müqayisədə 113 milyon manat azdır. Bu xərc maddəsi üzrə ümumi azalma Azərbaycan Respublikası prezidentinin ehtiyat fonduna daha çox təsir göstərib və nəticədə azalan 113 milyon manatın 85 milyon manatı və ya 75,2 faizi prezidentin ehtiyat fondunun ixtisarı hesabına baş verib. 

Beləliklə də 2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsində Azərbaycan Respublikası prezidentinin ehtiyat fondu 200 milyon manat müəyyənləşdirilib ki, bu da 2016-cı ilə nisbətən 30 faiz azdır. Məlumat üçün qeyd edək ki, həmin məbləğ bu il üçün 285 milyon manat təsdiq olunmuşdu".

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ən çox oxunanalar