Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin bu sahədə çox ciddi tapşırıqları var”


“Yeni əmr həkim-xəstə münasibətlərinin inzibati yolla hüquqi müstəvidə çözülməsi üçün bir nəzarət mexanizmi olacaq, artıq bundan sonra həkimlərin, bütövlükdə səhiyyə müəssisəsi rəhbərlərinin, həmçinin orta tibb işçilərinin məsuliyyətini artıracaq”


Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmri şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. 

Millət vəkili bildirib ki, prezident ölkədə korrupsiya və monopoliyanın qarşısının alınması sahəsində birbaşa fəaliyyət göstərir və çox ciddi tapşırıqlar var:

“Səhiyyə Nazirliyində uzun müddətdir ki, korrupsiya ilə mübarizə gedir, islahatlar aparılır. Bu islahatların bir hissəsi korrupsiyanın aradan qaldırılmasının hüquqi, iqtisadi bazasını həll edir. Məsələn, test yolu ilə həkimlərin işə qəbulu, sertifikat, tibbi təhsilin rezidentura pilləsinə imtahanlar və kadrların təyinatında test üsulundan istifadə olunması hüquqi yolla korrupsiyanın aradan qaldırılmasına xidmət edir. Yeni əmr həkim-xəstə münasibətlərinin inzibati yolla hüquqi müstəvidə çözülməsi üçün bir nəzarət mexanizmi olacaq və artıq bundan sonra həkimlərin, bütövlükdə səhiyyə müəssisəsi rəhbərlərinin və orta tibb işçilərinin məsuliyyətini artıracaq. Ancaq səhiyyə və xidmət sahəsində korrupsiyanın aradan qaldırılması işinin daim təkmilləşməsinə ehtiyac var”.

Millət vəkili hesab edir ki, gələn il icbari sığortanın tətbiq olunması da həkim-xəstə münasibətlərində korrupsiya hallarının iqtisadi əsaslarının tamamilə aradan qaldırılmasına gətirib çıxaracaq:

“Zənnimcə, digər nazirliklər də oxşar əmrləri imzalamalıdırlar. Bu fonda ictimai nəzarət mexanizminin olması da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də QHT-lərin fəallıq göstərməsi bu işdə dəstək rolunu oynayacaq”.

Qeyd edək ki, ötən gün Səhiyyə naziri Oqtay Şirəliyev Prezident Administrasiyasının tapşırığına əsasən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar