Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentə qarşı təxribat törədən istənilən məmurun anası ağlar qalacaq”


“Eldar Mahmudov özünə divident qazanmaq üçün Xədicə İsmayıl və bir sıra şəxsləri həbsə etdirdi. Bu da Azərbaycana beynəlxalq aləmdə mənfi imic gətirirdi”


Bunu açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə,   torpaqlarımızın azad olunması vətəndaş birliyindən keçir:

Azərbaycan daxilində elə qüvvələr var ki, onlar istəmir ki, İlham Əliyev nüfuzu artsın, Qarabağı azad etsin. Bizim torpaqların azad olunması vətəndaş birliyindən keçir. İlham Əliyev beynəlxalq təşkilatların siyasi məhbus elan etdiyi şəxsləri azad etməklə ölkədə bu birliyə nail olmağa çalışır. Leyla Yunusu Xədicə İsmayılı həbs etməyə nə ehtiyac var idi? Axı bunlar heç bir real siyasi qüvvəyə malik olan insanlar deyillər. Cənab prezident ilin əvvəlində ölkədə köklü iqtisadi islahatlara qərar verəndə bəzi şəxslər əyalətlərdə süni olaraq etiraz aksiyaları təşkil etdi. Büün bunlar İlham Əliyevə qarşı yönələn addımlar idi.  Prezident bu təxribatın qarşısını alaraq öz yoluna davam etməkdədir. Hazırda ölkənin əsas problemlərindən biri Qərbdən Azərbaycana olan təzyiqlərdir. İlham Əliyev də Eldar Mahmdovun həbs etiyi bu şəxsləri azad edərək cəmiyyətdə barışığın əsasını qoyur. Amma bu gün ölkəmizdə sabitliyin pozulmasını istəyən qüvvələr var. İlham Əliyev bütün bunlara baxmayaraq ciddi addımlar atmağa davam edir. Mən dünən səhər bildirdim ki, Xədicə İsmayılın həbsədə qalması mənasızdır, o, azad olunmalıdır.

Mən dəfələrlə xarici səfirlərlə görüşmüşəm onlar da məndən bu məsələlərdə kömək istəyiblər. Mən hesab edirəm ki, İlqar Məmmədv da Əli İnsanov da və digər siyasi məhbuslar da azad olunmalıdır. Bu gün prezidentə qarşı olan qüvvələr əllərində partiya saxlayırlar. İlham Əliyev onları işdən azad etmək istəyəndə onlar başlayırlar çirkin oyunlara. Mən bunu hər gün demişəm deyəcəm də. Heç nədən də qorxmuram. Bu gün o qüvvələr məni kirayələrdə yaşadırlar, deyirlər get Qəddafi kimi çadır qur küçələrdə yaşa. Həmin məmurlar bilir ki, İlham Əliyev ölkə daxilində barış yaratdıqdan sonra növbə onlara çatacaq. Ölkənin sərvətlərini  yığıb xaricdə saxlayırlar. Onlar prezidentə qarşı təxribatlar  edirlər siyasi məhbus məsələsi də o təxribatlardan əsaslardan biridir. Eldar Mahmudovun tör-töküntüləri, onu ortaya salan qüvvələr hələ da azadlıqdadır. Mən Hafiz Hacıyev olaraq bu şəxslərin bütün planlarını ifşa edirəm və etməyə də davam edəcəm. Qoy onlar bilsin ki prezidentə qarşı təxribat edən istənilən məmurun anası ağlar qalacaq.”(moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar