Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident yeni xidməti məhz buna görə yaratdı”


Bu qərar əsasən cinayət yolu ilə əldə edilmiş pulların terrora cəlb edilməməsi ilə əlaqədardır”


Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərmanını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Millət vəkili bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında müəyyən problemlər olduğu üçün belə bir addım atılıb:

“Əvvəlcə, Mərkəzi Bankın, daha sonra isə Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdində belə bir qurum yaradılmışdı. İndi görünür, ümumiyyətlə, beynəlxalq aləmdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısını almaq, həmçinin, bundan terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməməsi üçün sərbəst Maliyyə Monitorinqi Xidməti yaradılır. Türkiyə bugünə kimi bu istiqamətdə Azərbaycanda ciddi işlər aparıb. Avropa Şurasının müəyyən qurumları da Azərbaycanda bu istiqamətdə aparılan tədbirləri yüksək qiymətləndirib. Düzdür, buna qarşı ölkədə əhəmiyyətli mübarizə gedir. Ancaq dünyada bu sahədə çox ciddi problemlər var. Azərbaycan bazar iqtisadiyyatında iştirak etdiyi və torpaqlarımız işğal altında olduğu üçün həmin qurumun müstəqilləşməsi zərurəti ortaya çıxdı. Ümumiyyətlə, cinayət yolu ilə əldə edilən pullar müəyyən ofşor zonalarda leqallaşdırılır. Bu pulların leqallaşdırılması, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə Azərbaycandan vəsait getməməsi üçün ölkə basçışı belə bir qurum yaratmağı məqsədəmüvafiq hesab edərək öz tapşırıqlarını verib”.

V.Əhmədov vurğulayıb ki, Maliyyə Monitorinqi Xidmətinin publik hüquqi şəxsə çevrilməsi həm də əvvəlkilərin səmərəliliyinin yüksək olmamasından irəli gələn bir addımdır:

“O cümlədən, prezident məhz dünyada gedən prosesləri nəzərə olaraq sözügedən qurumu ayrıca yaratmağı lazım bilib. Bu xidmət faktiki olaraq birbaşa cənab prezidentə, yaxud da Azərbaycan hökumətinə tabe ola bilər. Hesab edirəm ki, Maliyyə Monitorinqi Xidməti sərbəst fəaliyyət göstərəcək və heç kimdən asılı olmayaraq mənfi halları aşkar edib, qarşısını alacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar