Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident Riqaya getmədi, o, xalqının yanındadır”


“Prezident İlham Əliyevin Riqa sammitində iştirak etməməsi vaxt azlığı ilə bağlıdır. Hər-halda rəsmi məlumatda belə deyilir. Eyni zamanda, bunun arxasında siyasi səbəblər də var. Lakin bütün hallarda dövlət başçısının ora getməməsi doğru addımdır”


Bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan I Avropa Oyunlarına hazırlaşır: “Bununla yanaşı, dünən 16 mərtəbəli binanın yanması kimi bədbəxt hadisə baş verdi. Bu hadisənin baş verməsində təxribat ehtimalı da istisna deyil. Azərbaycan prezidenti bu gün xalqının yanındadır”.

R. Musabəyov əlavə edib ki, hazırki situasiyada dövlət başçısının Riqaya getməməsi ən doğru addımdır.

“Məlumatlar var ki, Avropa Parlamenti I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı neqativ qətnamə hazırlayır. Digər tərəfdən, Riqa sammitində Krım və Donetskə görə Rusiya ittiham olunacaq. Halbuki, Azərbaycan uzun müddətdir Rusiyaya qarşı münasibətin işğalçı Ermənistana qarşı göstərilməməsindən narazılığını bildirir. Sammitdə iştirak etmək və Avropa Birliyinin ikili standartları ilə qarşılaşmaq Azərbaycan Prezidenti üçün xoşagəlməz haldır. Lakin Riqa sammitində iştirak etməmək Avropa Birliyi ilə münasibətlərə son qoymaq deyil. Onsuz da Avropa ölkələrinin və Brüssel məmurlarının gərəksiz mövqeləri Azərbaycana heç nə vermir. Lakin Azərbaycanda Avropa Birliyinin nəhəng siyasi, iqtisadi və mədəni potensialını dərk edirlər. Bu bizim əsas iqtisadi partnyorumuzdur. Həmçinin, Avropa bizim enerji resurslarımızın  əsas istehlakçısıdır”, - deyə R. Musabəyov qeyd edib.(publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar