Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Postsovet ölkələri, o cümlədən Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq istəyirik”


Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru, professor Yevgeniy Bajanov ADA Universitetində mühazirə ilə çıxış edib


APA-nın məlumatına görə, mühazirə “Beynəlxalq Münasibətlərdə meyllər: tarixin dərsləri və perspektivlər” mövzusunda olub.
 
XX əsrdə beynəlxalq münasibətlərdə ideologiya fərqliliklərinin üstünlük təşkil etdiyini deyən diplomatın sözlərinə görə, XXI əsrdə onun yerinə sivilizasiyalararası fərqliliklər gəlib. Onun qənaətinə görə, yaxın gələcəkdə beynəlxalq münasibətlərdə dövlətlər əsas aktorlar olaraq qalacaq.
 
Y. Bajanov bildirib ki, beynəlxalq münasibətlərdə əsas faktorlar arasında Çinin artan qüdrəti və ətraf ölkələrin bundan narazılığı, habelə Rusiyanın öz mövqelərini geri qaytarmasıdır. ABŞ-ın yürütdüyü siyasətin Rusiya üçün qəbuledilməz olduğunu deyən diplomatın sözlərinə görə, ölkəsi çoxqütblü, müstəqil, heç bir ideologiyaya bağlı olmayan və çox istiqamətli xarici siyasətə üstünlük verir.
 
"İlk növbədə dost olan ölkələrlə münasibətləri daha da yaxşılaşdırmaq istəyirik. Bunlar postsovet məkanı ölkələrdir, o cümlədən Azərbaycandır”, - deyə o vurğulayıb.
 
Y. Bajanov qeyd edib ki, Moskva həmçinin Çin, İsrail, Yaxın Şərq və Latın Amerikası ölkələri, eləcə də müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Bununla belə, diplomat ölkəsinin qərb ölkələr ilə münasibətlərin yenidən yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb.
 
Sonra universitetin tələbə-professor heyəti Y. Bajanova suallar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar