Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“People in Need”in “SOS Karabakh” əməliyyatı



Mahiyyətcə bu təşkilatla Baronessa Koksun fəaliyyəti arasında elə bir fərq yoxdur...


Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda yaşanan skandal Azərbaycanı qarışdırıb. 

Görünən də odur ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun həmin tədbirdə iştirakı onun nəzərdə tutulan məcrada gedişinə imkan verməyib. 

Məlum olduğu kimi, tədbirin iştirakçısı olan Çexiyanın “People in Need” təşkilatı Dağlıq Qarabağ ermənilərini müstəqil dövlətin nümayəndəsi kimi tanıtmağa cəhd göstərib. Apardığımız ötəri araşdırmalar sübut etdi ki, bu təşkilatın erməni separatçılarına bu səviyyədə dəstəyinin tarixi kökləri var.  Yazdıq ki, həmin təşkilat Azərbaycanın ərazi bütövlüyün tanımır, separatizmi dəstəkləyir. 1988-ci ildə Ermənistana, 1992-ci ildə Dağlıq Qarabağa yardım edib. Qurumun rəhbəri olan Simon Panek və Jaromír Štětina Ermənistana və Dağlıq Qarabağ separatçılarına sevgilərini hələ o vaxtı açıq şəkildə ifadə ediblər. 2003-cü ildən isə bu təşkilat Ermənistanda rəsmən fəaliyyətdədir, hazırda orada onlarla şöbəsi var. Hər şeyi “People in need”in homepageinə və başqa mənbələrə əsasən ortaya qoyduq. 

Amma elə insanlar ortaya çıxdı ki, gün kimi aydın faktlara məhəl qoymadı. Haray-həşir saldılar, and-aman elədilər ki, elə şey yoxdur. Belələrindən biri də ABŞ-da mühacirətdə olan Ramiz Yunusdur. O, jurnalistlərə facebook-da belə bir sual ünvanladı:  “Helsinki Komissiyasının rəhbəri, ABŞ senatoru Ben Kardin Çex Respublikasının Xarici Siyasət Komissiyasının sədri Karel Şvarcenbergi ve "People in Need" humanitar təşkilatının icraçı direktoru Simon Paneki öz ofisində qəbul edib və Azərbaycan, Ukrayna və postsovet regionunda gedən prosesləri onlarla müzakirə edib. Sualım var bizim bəzi mətbuat işçilərinə: bütün dünyada ümumbəşəri dəyərləri müdafiə edən, məşhur "Maqnitski Aktin"ın müəllifi olan və Azərbaycan hökumətini kəskin tənqid edən senator Kardinin mövqeyi ermənipərəstlikdirmi?” 

“Zöhrab İsmayıl gözümüzün içinə deyir ki, siz şərəfsizsiz və alçaqsız. Əli Kərimlinin yaxın adamlarından olan Zöhrab İsmayılın bu canfəşanlığının səbəbin öyrənə bildik” 

Bu suala məmnuniyyətlə cavab verəcəm. Hələliksə Ramiz bəy haqqında bir-iki kəlmə deyim. O, Azərbaycanda kifayət qədər tanınmış insandır. Müsavatçıdır. Amerikadakı avtomobilində nömrə yerinə “Müsavat” yazısı asılıb. ABŞ-da bu qanunla mümkündür. Mömin adamdır. 7 dəfə Həcc ziyarətində olub. Tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun qardaşıdır. İlham Əliyevin ən sərt ifadələrlə tənqid edən dostlarımızdandır. Ramiz bəyin sualına keçməmişdən öncə bir daha bu təşkilatla bağlı müəyyən nüansları oxucularımızın diqqətinə çatdıraq. Ümid edirəm ki, bu nüanslar hər şeyi yerbəyer edəcək. 
Sözügedən təşkilatın dəstəyi ilə film çəkən qruplardan biri öz saytında Simon Panekin özəl qeydlərinə yer ayırıb. O, yazır ki, köhnə dostum Jaromír Štětina mənə zəng vurdu və bildirdi ki, Dağlıq Qarabağdan gəlir. Orada vəziyyət ağırdır. Yardım təşkil etmək lazımdır. 

Bu epizodun davamını isə başqa bir sayta tapa bildik. Düşünün ki, 2002-ci ildə ““People in Need” 10 years of helping”  adlı kitabı çıxıb. Həmin kitabı bu linkdən oxumaq olar: - 

http://www.mott.org/files/publications/MosaicV1N1.pdf 

Kitabın 9-cu səhifəsində diqqətçəkən qeydlər var. Maraqlananlar nəzər sala bilər. Mətndə deyilir ki,  Šimon Pánek-in (ad beynəlxalq standarta uyğun olaraq çex dilində belə yazılır) 1988-ci ildə 21 yaşı vardı. “Tələbə idi. O, o vaxt Ermənistanda zəlzələ qurbanlarına yardım kampaniyası təşkil etdi. 1992-ci ildə isə xeyli təcrübəsi olan Šimon Pánek ən müasir üsullardan istifadə edərək Praqa televiziya və radiosunda “SOS Qarabağ” kampaniyası başlatdı. Dağlıq Qarabağda müharibə qurbanlarına yardım üçün 80 min dollar topladı (80 min bu gün çox az görünə bilər, ancaq 1992-ci ildə bu çox böyük vəsait idi - E.H) Šimon Pánek və tanışları ərzaq aldılar, Çexiyanın tibb müəssisələri dava-dərman ayırdılar. Təyyarə kirayə götürdülər və yükü İrəvana çatdırdılar. Oradan isə maşın karvanı yükü pis vəziyyətdə olan əraziyə göndərdi...”

“Ermənilər deyir ki, o vaxt 1.5 milyon erməni ölüb. Ramiz Yunusun dost dediyi senator Ben Kardin isə deyir ki, yox canım, 2 milyon ölüb. 1,5 milyonu kişidir, 0,5 milyonu qadındır. Özü də ermənilər həmin ərazidə, yəni indiki Türkiyənin ərazisində 2.500 ildir ki, yaşayırlar. Həmin ərazi onların dədə-baba torpaqlarıdır. Yəni Türkiyənin yarısı onlara çatır...”

Ən ilginci odur ki, Šimon Pánek bu əməliyyatdan sonra qeyd edir ki, biz geri döndükdən sonra (Dağlıq Qarabağ nəzərdə tutulur – E.H.) başa düşdük ki, bu işi davam etdirməyə ehtiyac var... Və davam etdirdilər də. İndi də bu yolu tutub gedirlər. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışırlar...

Mahiyyətdə bu təşkilatla Baronessa Koksun elə bir fərqi yoxdur. O da qaçaq yolla iki gündən bir Qarabağa gedir. Erməniləri separatizmə ruhlandırmaq üçün min oyundan çıxır...

*****
Təqdim etdiyim bu linkdə isə http://blogs.wsj.com/emergingeurope/2014/01/27/hidden-sports-site-lists-human-rights-abuses-in-russia-ahead-of-sochi-olympic-games/  
yazılıb ki, “People in Need” təşkilatı 1992-ci ildə Šimon Pánek və onun iki jurnalist dostu tərəfindən Dağlıq Qarabağda qaçqın böhranı zamanı yaranıb. Həmin region Azərbaycandan qopub (ayrılıb)... Bundan əvvəlki yazıda qeyd etdiyim faktlara bunları da əlavə edə bilərsiz - yəni bu faktları kimsə inkar edə bilməz. 

****
İndi isə hörmətli Ramiz bəyin sualına keçək. Ramiz bəyin məntiqincə, əgər “People in need”in rəhbərini amerikalı senator qəbul edirsə, deməli, təşkilat aydan arı, sudan durudur. Gəlin baxaq görək ki, bu senator kimdir? Siz də istəsəniz, bu linkə baxa bilərsiz. Söhbət 2007-ci ildən gedir. 

http://www.ontheissues.org/house/Benjamin_Cardin_Foreign_Policy.htm 
Helsinki Komissiyasının rəhbəri, ABŞ senatoru Ben Kardin Rusiya əsilli yəhudidir. Özü də Ramiz bəyin yaydığı fotoya diqqət edin. Foto musəvilərin əsas rəmzinin fonunda çəkilib. Mənim yəhudilərlə elə bir problemim yoxdur. Amma bu yəhudini heç sevmədim. Niyəsini deyim. Çünki erməni genosidini təbliğ edir. Özü də necə? Bu yəhudi senatorun yanında ermənilər çox insaflıdır. Baxın görün, nə yazır. Ermənilər deyir ki, o vaxt 1.5 milyon erməni ölüb. Bu qadasını aldığım isə deyir ki, yox canım, 2 milyon ölüb. 1,5 milyonu kişidir, 0,5 milyonu qadındır. Özü də ermənilər həmin ərazidə, yəni indiki Türkiyənin ərazisində 2.500 ildir ki, yaşayırlar. Həmin ərazi onların dədə-baba torpaqlarıdır. Yəni Türkiyənin yarısı onlara çatır...

“Qərbdə uzun müddət yaşayan birisi kimi hər kəsə demək istəyirəm ki, bu tərəflərdə qulları sevmirlər. Buralarda elə adamları sevirlər ki, onların konkret mövqeyi var” 

Təsadüfi deyil ki, ABŞ-da fəaliyyət göstərən “Amerika Erməniləri Milli Komitəsi ”nin ən çox təriflədiyi senator məhz odur. Amma nədənsə sayın Ramiz bəyin dost dediyi bu adamın bu kimi hərəkətlərindən xəbəri yoxdur. Ramiz bəy üçün önəmli olan odur ki, bu senator Leyla və Arif Yunusun həbsdən azad edilməsini tələb edib. Twitter-də də bu barədə yazıb. Qeyd edək ki, bu senator araşdırıcı jurnalist Xədicə İsmayılovanın Azərbaycanda təqib olunması ilə bağlı da bəyanat verib.  2014-cü ildə ATƏT-in Bakıda keçirilmiş illik toplantısında ABŞ nümayəndə heyətinə başçılıq edib.

O, 2006-cı ildə Ermənistanda keçirilmiş prezident seçkilərini tənqid edib. Səbəb də odur ki, həmin vaxt Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan seçkiyə qatılmışdı. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan o vaxt ona qarşı qarayaxma kampaniyasına başlamışdı. Deyirdilər ki, Ter-Petrosyan  xanımı yəhudi olduğuna görə o da, onun xanımı da İsrailə Ermənistan əleyhinə casusluq edirlər. Yəni Ter-Petrosyanın xanımı yəhudi olmasaydı, cənab Benjamin Kardinin bu saxtakarlığı da dilə gətirməzdi və deməzdi ki, Ermənistandakı anti-semitizm məni heyrətdə qoydu...

Onu da qeyd edim ki, ortaya qoyduğum Qərb mənbələridir. Özü də hər bir tərəf həmin sənədləri öz əliylə yazıb. Onlar da bunu ona görə yazıblar ki, ermənipərəst olmaq pul gətirir, türkə düşmən olmaq da həmçinin. Yəni bu qədər bəsit...

****
Ötən yazımda  Qərbin qrantları hesabına yaşayan Zöhrab İsmayılın facebookdakı statusuna diqqət çəkmişdim: “People in Need” təşkilatına "ermənipərəst" damğası vurmağa çalışmaq alçaqlıq və şərəfsizlikdir! Hansı ki, bunu “Yeni Müsavat” qəzeti etməyə çalışır...”



Yəni adam gözümüzün içinə deyir ki, siz şərəfsizsiz və alçaqsız. Əli Kərimlinin yaxın adamlarından olan Zöhrab İsmayılın bu canfəşanlığının səbəbin öyrənə bildik. Məlum oldu ki, “PiN” bu şəxsi aylarla Çexiyada saxlayıb, bütün məsrəflərin ödəyib. Hələ də proses davam edir. Onun Kanadaya və ya ABŞ-a getməsinə də yardım edəcəklər. Bu təşkilatın müdafiəsində durnalardan biri isə öz statusunda bu müdafiənin nə qədər təmənnalı olduğunu özü də etiraf edib. Həmin şəxs xanım olduğuna görə adın yazmayacağıq. Ancaq o da Əli Kərimlinin yaxın ətrafında olan siamlardandır... Həmin statusun nöqtəsinə, vergülünə toxunmadan veririk: "People in Need” Avropada İnsan Haqları ilə məşğul olan təşkilatdır. Dünyaca nüfuzlu bu hüquq müdafiə təşkilatının mənzil- qərargahı Çexiyada yerləşir. Bu təşkilatIn harada yerləşməsindən və kimin rəhbərlik etməsindən asılı olmayaraq bu təşkilat çox obyektiv, qərəzsiz ,vicdanlı yanaşma sərgiləyir hər kəsə. Milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq dünyanın istənilən ölkəsində hüquqları pozulan bütün insanların imdadına çatır və yardım edir. İntiqam Əliyev də bir Azərbaycan türkü olaraq beynəlxalq aləmdə sayılıb-seçilən nüfuzlu ekspertlərdən biridir və belə bir nüfuzlu təşkilatın onu müdafiə etməsi çox təbiidir. Xahiş edirəm mənim də tanıdığım, ən çətin anlarda adamların köməyinə çatan və onlara siyasi, hüquqi və humanitar yardım edən belə bir təşkilatın fəaliyyətinə kölgə salmayın, çünki bizdə insanların mövcud olan avtoritar rejim tərəfindən təqib olunma ehtimali çox böyükdür. Bu təqib, təzyiq və həbslərin qarşısını ala biləcək və biz insanlara yardım edə biləcək çox nüfuzlu təşkilatlardan birini dışlamaq və onun yardımından imtina etmək doğru və düzgün deyil. Bütün hallarda mən bu təşkilatın fəaliyyətini obyektiv, qərəzsiz və uğurlu hesab edirəm. Qüsura baxmayın, fürsətdən istifadə edib mənim Gürcüstanda bir aylıq müalicəmi və bütün xərclərimi öz üzərinə götürən “People in Need” təşkilatına təşəkkürümü bildirirəm!"

Adam deyir ki, mənim müalicəmin xərcini “People in Need” verib, yəni elə bu səbəbdən də onlara ermənipərəst (əslində erməni) demək olmaz. Nə yazıq ki, Azərbaycanda  məsələlərə bu cür yanaşma sərgiləyənlər az deyil. 

****
İndi də “People in need”i müdafiə edənlər ortaya yeni arqument atıblar. Deyirlər ki, söhbət bu təşkilatın ermənipərəst olub-olmamasından getmir. Boş verib, bunun üstündən keçək. Məcburdular. Çünki ortaya qoyduğumuz faktları təkzib etmək mümkün deyil. Təsdiq etmək də istəmirlər. Deyirlər ki, söhbət ondan gedir ki, bu təşkilat öz tədbirində Azərbaycanda olan siyasi məhbus problemini qaldırıb. Bunun üçün stend yaradıb, siyasi məhbusların fotosunu asıb. 

Birincisi, Azərbaycanda siyasi məhbuslar var və özü də həddən artıq. Bu, biabırçılıqdır. Bu barədə dəfələrlə yazmışam. Yeri gəlmişkən, ilk gündən Leyla Yunusun və digərlərinin həbsdən dərhal azad edilməsini tələb edənlər arasında mən də varam. Siyasi səbəblərdən həbs edilənlərin arasında xeyli müsavatçının olması da fakt olaraq ortadadır. Müsavat Partiyası da, “Yeni Müsavat” qəzeti də bu məsələyə həmişə həssaslıq göstərib.  
Azərbaycanda demokratiya ilə bağlı ciddi problemlərin olması barədə də dəfələrlə yazmışam. Zatən, mən elə bu problemlərdən dolayı 11 ildir İsveçrədə yaşayıram. Və mən hələ də İsveçrədə yaşamaqda davam edirəmsə, deməli, Azərbaycanda demokratiya ilə bağlı vəziyyətdə müsbət bir dəyişiklik olmayıb. Hələ 2000-ci ildə məni polis oğurlayaraq Naxçıvana qaçırıb. Saxta ittihamla məhbəsə atıb. Bu və bu kimi qanunsuzluqlara görə minlərlə soydaşımız ölkəni tərk edib... 

Amma...hər parıldayan şeyi qızıl saymaq olmaz. Bu məsələdə önəmli nüans var. O da ondan ibarətdir ki, “People in Need” bu faktı bəhanə gətirir, yəni bu faktın arxasında gizlənərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tədbirdə iştirakını tələb edir. Və belə bir məqamda biz onlara etiraz etməliyik. Şəxsən mən orada olsaydım, belə bir sərsəm təklif irəli sürəni həyata gəlməyinə görə  peşman edərdim. Bizim nümayəndə heyəti nədən bu iddiaya kəsərli cavab verməyib? Bunu başa düşmək mənim üçün çətindir. Qərbdə uzun müddət yaşayan birisi kimi hər kəsə demək istəyirəm ki, bu tərəflərdə qulları sevmirlər. Buralarda elə adamları sevirlər ki, onların konkret mövqeyi var. Yəni kimsə durub onlara etiraz etsə, dünya dağılmır. Əksinə, ortaya arqument qoyub etiraz edən adamları yüksək dəyərləndirirlər. Mən bunun dəfələrlə şahidi olmuşam...

Problem ondadır ki, Azərbaycanda hələ də özünü Qərb insanı qarşısında kiçik bilənlər var. Bu, natamamlıq kompleksi deyilən bir bəladır. Xüsusən Qərbin qrantı hesabına dolananlar elə hesab edirlər ki, “Peopel in Need”i müdafiə etmək bunların boynun borcudur, yoxsa pulların kəsərlər. 21-ci əsirdə yaşayırıq, hələ də özünə ağa axtaran qullar var. Özü də demokratiyadan danışa-danışa. 

Baxın, ən azı 22 ildir ki, Qərb demokratiyadan dəm vura-vura Azərbaycanda demokratiya uğrunda savaşanlara arxa çevirib. Ən kritik məqamlarda onları satıb. Ağlı başında olan adamlar yaxşı bilir ki, Azərbaycanda nə qədər ki, neft və qaz var, demokratiya olmayacaq. Çünki Qərbə Azərbaycanın nefti, qazı... lazımdır. Demokratiya ilə əlaqəli verilən bəyanatlar isə Azərbaycan iqtidarından,  yəni İlham Əliyevdən daha çox şey qoparmaq üçün bir vasitədir...
Qərbin demokratiya nağılına inanan Gürcüstan və Ukraynanın halı göz qabağındadır. Ən yaxşı halda Qərb bizi də o günə qoyacaq. Mən Azərbaycana elə bir gələcək arzulamıram... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar