Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parabank”dakı intihar və həbslə bağlı sensasion məktub


Vəzihə Cəbrayılova: “Əsl günahkarların əvəzinə nəvəmi tutublar”


“Oliqarxgeyt işi” Azərbaycan banklarında qanunsuzluq mühitinin hökm sürdüyünü ortaya çıxarıb. Belə ki, uzun illər aidiyyəti qurumlar banklarda qeydiyata alınmayan sərmayələrin dövr etməsinə və “çirkli” pulların yuyulmasına görməzdən gəliblər.

“Parabank”da  “Kia Motors-Az” MMC-nin hesabatlarda yer almayan vəsaitlərinin saxlanıldığı haqda ötən saylarımızdan birində yazmışdıq. MMC-dən bankda saxlanılan vəsaitlərin qanuni olması haqda məlumat yayılmışdı.

Redaksiyamıza Sumqayıt şəhər sakini Vəzihə  Cəbrayılovanın prezidentə müraciəti daxil olub.

V.Cəbrayılova bildirir ki, nəvəsi Ülvi Kazımov 2010-cu ilin sentyabrından 2012-ci ilin oktyabrınadək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar vəzifəsində işləyib. Filialda işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı “Kia Motors-Az” MMC-yə məxsus heç bir yerdə rəsmi qeydə alınmayan, bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 35-40 milyon manat  gizli yolla saxlanılıb.

V.Cəbrayılova qeyd edir ki, “Kia Motors Az”ın rəhbərliyi nəvəsinə xərədarlıq edib ki, bankın xəzinəsinin bunkerində 35-40 milyon manat gizli, heç yerdə qeydiyyatdan keçməyən pul saxlanılmasını heç kim bilməməlidir. 



“MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun etibarlı şəxsi Fərhad Abbasov bankın xəzinəsinin bunkerinə daxil olaraq ”Kia Motors-Az" MMC-yə məxsus gizli pullardan ona lazım olan məbləği götürərək gizli vəsaitin üzərində sərəncam vermişdir. Bunkerdə gizlədilən çirkli pulların rəsmi uçotu aparılmayıb. Vaxtaşırı “Parabank” ASC-nin baş ofisindən “Nəsimi” filialına gələn audit yoxlamaları dəfələrlə bankın xəzinəsinin bunkerində böyük qutulara yığılan pulları aşkar etsələr də, bu barədə heç bir tədbir görməyiblər, Mərkəzi Banka məlumat verməyiblər", deyə müraciət müəllifi yazır.



V.Cəbrayılovanın fikrincə, “Parabank” ASC-nin rəhbərliyi tərəfindən dövlətdən gizlədilmiş çirkli pulların realizə edilməsində “Kia Motors Az” MMC-nin birbaşa rolu olub.

Nəvəsinin həbsinə gəlincə isə V.Cəbrayılova yazır ki, F.Abbasovun intiharı bankda qara pulların dövriyyəsini ortaya çıxarıb. Əsl günahkarların əvəzinə isə nəvəsi tutulub: 

“2012-ci ilin yayında ”Kia Motors-Az"ın faktiki rəhbəri Səxavət Səfərovun etibarlı şəxsi Fərhad Abbasovla arasında ciddi problemlər yaşanıb. 30-40 milyon qeydiyyatda olmayan puldan 1 milyona yaxını Fərhad Abbasov Səxavət Səfərovun xəbəri olmadan bankın xəzinəsinin bunkerindən götürərək xərcləyib. 



Bu barədə ölümündən qabaq Fərhad Abbasov şəxsən nəvəm Ülvi Kazımova bildirib. 2012-ci ilin yayında Fərhad Abbasovun bankın “Nəsimi” filialında ölməsi barədə xəbər yayılıb. Həmin vaxt nəvəm Azərbaycanda olmayıb. Nəvəm gələndən sonra bizə məlum oldu ki, Fərhad Abbasov “Nəsimi” filialının binasının daxilində otaqların birində özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə özünü öldürüb. Ölümündən bir neçə müddət əvvəl o, nəvəmə deyib ki, “Kia Motors-Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğulları onu öldürməklə hədələyir, 1 milyon pulu haradan olursa-olsun, tapıb yerinə qoymağı tələb edir, pulu tapmasa, onun öldürülməsini sifariş edəcəkləri barədə hədələr ediblər.  Səfərovlar mütəmadi şəkildə onun ləyaqətini alçaldıblar. Fərhad Abbasov nəvəmə deyib ki, Səxavət Səfərovun və onun uşaqlarının əlindən qurtarmaq üçün özünü öldürmək istəyir..."

Bununla belə, V.Cəbrayılova F.Abbasovun özünə qəsd etməsinə şübhə ilə yanaşdıqlarını da yazır: “Şəxsin özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyri-mümkündür. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Fərhad Abbasovun ölümündən sonra Səxavət Səfərov və onun oğulları bankın filialının xəzinəsinin bunkerində qanunsuz saxlanılan 35-40 milyon manat çirkli pullardan 1 milyon manatının əskik olması ilə bağlı nəvəmdən həmin pulu tələb etməyə başlayıblar. Həmin vaxt nəvəm bu haqda bizə məlumat verməyib. Sonradan məlum oldu ki, Səfərov və onun oğulları nəvəmi hədələyərək barmağını kəsməyini tələb ediblər. Deyiblər ki,  onu da Fərhad Abbasovun taleyi gözləyir. Nəvəm Səfərovdan ehtiyat edərək qardaşı ilə birlikdə bir neçə əmlak satıb ona 130 min manat pul ödəyiblər...”

Şikayətçi F.Abbasovun özünü öldürmə həddinə çartdırma faktı ilə bağlı başlanmış cinayət işinin xitam edilməsinin əsassız olduğu qənaətindədir: “Fərhad Abbasovun ölümündə birbaşa günahkar Səxavət Səfərov və onun oğullarıdır. Nəvəm Ülvi Kazımovun mənə əminliklə bildirdiyi məlumata görə, Fərhad Abbasov şəxsən ona bildirib ki, Səxavət Səfərov və onun oğulları onu öldürtməklə hədələyir və deyir ki, ”get özün-özünü öldür, canını qurtar!"

V.Cərayılova nəvəsinin həbs şəraiti haqda da məlumat verir: “2015-ci ilin mayında Ülvi Kazımov Bakı Prokurorluğuna çağırılıb, şahid qismində dindirilərək ”Parabank" ASC-nin “Nəsimi” filialında xəzinədar işlədiyi müddətdə guya “Kia Motors-Az” MMC-nin avtomobil satışından əldə olunan filialın xəzinəsində saxlanılan 689 min 132 manatı filialın baş mühasibi Sevinc Mədətova ilə birlikdə mənimsədiyini boynuna götürməyə məcbur edilib. O, mənimsəmə cinayəti ilə qanunsuz həbs edilib".

V.Cəbrayılova dövlət əhəmiyyətli hesab etdiyi bu məsələnin ölkə başçısı tərəfindən xüsusi nəzarətə götürülməsini, cinayət işinin istintaq araşdırmasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılmasını məqsədəuyğun hesab edir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar