Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palatanın fəaliyyəti Azərbaycana heç bir xeyir vermir”


Millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini kəskin tənqid edib


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında V. Əhmədov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda mövcud olan problemlərin öhdəsindən gələ bilmir.

"Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, lakin bank sistemindəki problemlər həllini tapmadı. Biabırçılıqdır! Hətta vəziyyət əvvəlkindən də pisdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti Azərbaycana heç bir xeyir vermir. Azərbaycan Mərkəzi Bankı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər var.  Əziyyətini isə vətəndaşlar çəkir. Biz bank sisteminin sağlamlaşdıra bilmirik. Əgər biz Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək istəyiriksə, mütləq bank sistemini sağlamlaşdırmaq lazımdır", – deyə V. Əhmədov vurğulayıb.

Millət vəkili problemdən çıxış yolu kimi Azərbaycanda maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsini təklif edib: 

"Mən, hər dəfə bu məsələləri qaldıranda deyirlər ki, sənədlər hazırdır, göndərmişik beynəlxalq təşkilatlara, onlar baxır. Görünür, bu qanunun qəbulu kimlərəsə sərf etmir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar