Serbiyalı modelyer İvana Sertin keçmiş iş adamı əri Yurdal Sert ona xəbərdarlıq edib
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iş adamı modelyerin oğlu Atəşlə kifayət qədər maraqlanmadığını iddia edib. İvanadan 2013-cü ildə boşanan Yurdal oğlunun himayəçiliyini xanımına vermişdi.
Lakin iş adamı bundan peşman olduğunu deyib. O, İvanaya xəbərdarlıq edərək “Özünü yığışdır, oğlumuzla maraqlan. Səhər-axşam orada-burada tətildəsən. Yoxsa, səni yenidən məhkəməyə verər, uşağın himayəsini səndən alaram” söyləyib.
Qeyd edək ki, İvan Sert Can Çelebi ilə sevgilidir. Cütlük tez-tez təillərə çıxması ilə gündəmdədir.
pia.az