Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özümü Azərbaycan əsgəri kimi hiss edirəm“


Azərbaycanın məşhur K-1 döyüşçüsü, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş "Global Fighting Championship 3" (GFC) turnirində qalib gələn Zabit Səmədov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb


PİA.AZ report.az-a istinadən həmin müsahibəni təqdim edir.

- İlk olaraq iki döyüş barədə təəsuratlarınızı bilmək istərdik...

- Mənim qələbəm bütün Azərbaycan xalqının qələbəsidir. Döyüşlər çətin keçdi. Çünki rəqiblərim mənə qarşı çox ciddi hazırlaşmışdılar. Təbii ki, onlar da tanınmış idmançılardır. İlk döyüşçü Stiv Makkinnon. O, peşəkar döyüşlərdə çox tanınmış bir idmançıdır. Finaldakı rəqibim isə Konqo-Almaniya əsilli Danyo İlunqa da güclü rəqibdir. O, "Glori" versiyasında da reytinqdə ikinci yerdədir.

- İlk görüş elə bil daha çətin idi. Finalda isə çətinlik çəkmədiniz...

- Demək olar ki, ilk döyüşdə özümü ikinci döyüşə saxlayırdım. Çox zədələnmək, bütün gücümü vermək istəmirdim. Ona görə də rahat döyüşdüm. Amma tam tərsinə, çətin alındı.

- Qarşıda sizi daha çətin sınaqlar gözləyir...

- Bəli, bəli. Bildiyiniz kimi, finala çıxdıq. Dünyanın ilk 8-liyi arasında yarış dekabr ayında Dubayda keçiriləcək. Əlbəttə ki, orada daha güclülər olacaq.

- Orada neçə döyüş keçirəcəksiniz?

- Turnir 8 nəfərlikdir. 1/4 finalda qalib gələn davam edir.

- Rəqiblər bəllidir?

- Hələlik mənəm, Badr Xari, İsmail Lazerdir. Mərakeşli 3 nəfərdir və 5 nəfər yenə olacaq. Onlar mənim kimi belə döyüş keçdikdən sonra final olacaq.

- Finaldan sonra konqolu rəqibinizə atmacanız nə oldu? O deyirdi ki, daha çox zərbə endirmişəm...

- Onun zərbələri təsirli deyildi. Necə deyərlər, həvəskar kimi vuruşurdu. Peşəkar döyüşdə isə dəqiq zərbələrə baxırlar.

- İlk döyüşdə kiminlə döyüşəcəyiniz məlum olub?

- Hələ yox..

- Badr Xari ilə düşmək ehtimalınız var?

- Yəqin ki, olacaq. Çünki gec-tez bu olmalıdır.

- Ona qədər hansısa döyüşlər gözlənilir?

- Hələlik zədələrim var. Onları sağaldacam və bir ay sonra məşqlərə başlayacam. Ola bilsin ki, avqust ayında bir döyüşüm oldu.

- Harada keçiriləcək?

- Hələ bilinmir.

- Toplanış harada olacaq, Bakıda, yoxsa ölkə xaricində?

- Yəqin ki, xaricdə olacaq.

- Bakıda döyüş keçirilməsini istərdiniz?

- Əlbəttə. Çox istərdim. Bildiyimiz bu GFC Bakıya da gəlmək istəyir. İnşallah, bəlkə qismət olsa, bir turnir də Bakıya saldıq.

- Silahlı Qüvvələrə Yardım Fonduna pul ayırmısınız. Bu barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, mən idmanın döyüş növü ilə məşğulam. Özümü Azərbaycan əsgəri kimi hiss edirəm. Ordumuza da mənəvi dəstək verməyə özümü borclu hiss edirəm. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar