Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özəl təbrik olmadı, ağladım”


Aparıcı Könül Muxtarova mayın 23-də ad gününü qeyd edib


Axşam.az-ın məlumatına görə, aparıcının özəl günündə dostları və yaxınları iştirak edib. Könül dəbdəbəli ad günü keçirmək niyyəti olmadığını deyib: 

“Əslində ad günüm ayın 21-də idi, mən 23-ü qeyd etdim. Möhtəşəm bir şey keçirmədim. Sadəcə, hər gün bir yerdə olduğum insanları çörək yeməyə dəvət etmişdim. Həmin günü dost-tanışla qeyd etmək üçün bir bəhanə olmasını istəmişdim”.
 
K.Muxtarova ad günündə ilk sürprizin qızı İnci tərəfindən edildiyini bildirib: 

“Səhər efirində redaktorum qulağıma dedi ki, tamaşaçı zəng eləyib. “Alo” dedim, İnci “ana” söylədi, ürəyim partladı, çox əsirdim. Günüm yaxşı başlamışdı, ancaq həmin gün bir anlıq özümü tək hiss etdim. Bu qədər dost-tanış, bu qədər telefon zəngi olur, amma insanın həyatında kimsə olmalıdır ki, ondan özəl təbrik alasan. O da olmadığından ağladım. Əkizlər bürcüyəm, həmin gün həm gülüb, həm ağladım. Yəqin ki, xoşbəxt sayıla bilərəm”. 

Aparıcı yaş kompleksi olmadığını da qeyd edib: 

“Yaş üstünə yaş gəldiyi üçün kədərlənmədim. Çünki 28 yaşım oldu və bir anlıq düşündüm ki, 30 yaşımda artıq qızımı birinci sinfə aparacağam. O mənim ən böyük təsəllimdi. Ən azından insanlar üzümə baxanda 23-24 deyir. Ona görə yaşımla bağlı problemim yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar