Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Otellərdə bir dənə də boş yer yox idi” - Nazir


"Formula 1 üzrə Azərbaycan Qran Prisində bu il tamaşaçıların sayı ötənilki ilə müqayisədə 100 faiz artıq olub


Bu barədə gənclər və idman naziri Azad Rəhimov AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində bildirib. O deyib ki, təxmini hesablamalara əsasən, Qran Prini 70 minədək tamaşaçı tribunalarda və ayaq üstə seyr edib. Nazirin fikrincə, bu, çox yüksək rəqəmdir:

"Biz buna çox sevinirik. Faiz nisbətinə baxanda, tamaşaçıların 33 faizi xarici qonaqlar, 67 faizi isə yerli tamaşaçılar olub. 33 faiz böyük rəqəmdir. Onlar 65 ölkənin turist və tamaşaçı qismində iştirak edən nümayəndələri olublar. Bütün şəhər yeni simalarla, qonaqlarla dolu idi. Biz onları hər yerdə - çox maraqlı və çox gözəl məkanlarımızda, Heydər Əliyev Mərkəzində görürdük. Əsas məqsədimiz Azərbaycanı dünyaya tanıtdırmaq və ölkəyə turistləri dəvət etməkdən ibarət idi. Demək olar ki, əsas məqsədə çatırıq".

Nazir Azərbaycan Qran Prisinin əhəmiyyətindən də danışıb: "Məndə olan məlumata görə, otellərdə bir dənə də boş yer yox idi. Tam dolmuşdular. Turistlərdən savayı, bütün əməliyyat işlərində 15 minədək mütəxəssis iştirak edib. Onlardan 1000 nəfərədək yerli ofisin işçiləri, 4000-ə qədəri könüllülərimiz, qalanları marşallar, tikinti işlərini aparanlar və digər şəxslər olub. Onların böyük qismi xaricilər olublar. Gəliblər, Bakıda işləyiblər, maaş alıblar və onun vergisini ödəyiblər. Turistlərin kütləvi axını isə iqtisadiyyatımız üçün böyük uğurdur. AZAL şirkəti vasitəsilə biletlərin alınması, Bakıya gəlmələri, təyyarələrin dolu olması, bütün nəqliyyat sistemimizin çalışması, xidmətlərin göstərilməsi, otellər... Bunlar vergi ödəyiblər, işsizliyi aradan qaldırmaqda kömək ediblər. Yəni, Azərbaycan Qran Prisi bizim üçün çox əhəmiyyətli tədbirdir".

A.Rəhimov, həmçinin yarışı işıqlandırmaq üçün Bakıya 400-dən artıq jurnalist gəldiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçirilib. Yarışın qalibi "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo olub.(report) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar