Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ortada dumanlı vəziyyət var” - Ekspert büdcə müzakirələri barədə


Məhəmməd Talıblı: “Yaxın illərdə, xüsusilə bu tərkibdə olan hökumətdən ciddi performanslar gözləmək sadəlövhlük olardı”


“Uzun illər ərzində ölkənin təməl iqtisadi inkişaf yolu fərqli istiqamətdə cərəyan etdiyi halda, qəflətən fərqli magistral təklif etməyi, ümumiyyətlə, dumanlı vəziyyət yaradır”.

Bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı Milli Məclisdə büdcə müzakirələrini PİA.AZ-a şərh edərkən bildirib.

Xatırladaq ki, ötən həftə Milli “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. Bir sıra depuatalar büdcə layihəsini normal qarşılasalar da, gələn ilin büdcə layihəsini kəskin şəkildə tənqid edən deputatlar da az olmayıb. Bu deputatlar arasında Zahid Orucun, Yevda Abramovun, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın və başqalarının tənqidləri xüsusilə diqqəti cəlb edib. Bu tənqidləri nəzə alan Milli Məclis deputatların təkliflərini nəzər almaq üçün hökümətə dekabrın 1-ə qədər vaxt verib. Deputatlar tərəfindən verilən bir çox doğru və əsaslı təkliflərin nəzərə alınıb alınmaması isə hazırda maraqla gözlənilir. 

PİA.AZ-ın əməkdaşı Milli Məclisdəki büdcə müzakirələrlə bağlı iqtisadçı ekspert Məhəmməd Talıblının fikirlərini öyrənib.



Məhəmməd Talıblı: “Azərbaycanda iqtisadi inkişafı əngəlləyən maliyyə resurslarının və dövlətin əldə etdiyi maliyyə axın kanallarının dar olması deyil, düzgün yönətimlə istifadə olunmaması ilə bağlıdır”.


Məhəmməd Talıblı mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamasında bildirib ki, müzakirəyə çıxarılan gələn ilin büdcə layihəsi ilə, ötən illərin büdcəsi arasında elə də ciddi fərq yoxdur. İqtisadçı ekspertin fikrincə Strateji “Yol Xəritəsi”nin  hökumətin  son illərdə qəbul etdiyi digər sənədlərdən ciddi fərqləri var və bu üzdən də Strateji “Yol Xəritəsi”nin fiskal siyasətə etdiyi korreksiyalar ona inandırıcı görünmür:

“Maraqlıdır ki, neçə ildir eyni  büdcə prosedurları ilə razılaşıb və parlamentdə formal müzakirələrə rəvac verən, büdcə qanun layihəsini təsdiq edən elə həmin deputatlar olub. Arada fundamental dəyişiklikləri yox, simvolik və bir çox hallarda formal dəyişikləri çıxışlarında bildirməklə sonda səs verdikləri büdcə layihəsi elə beləcə formalaşıb. Büdcə prosesinin 4 mərhələsi üzrə fəaliyyətləri diqqətlə təhlil etsək, mənim söylədiyimdən fərqli mənzərinin şahidi ola bilməyəcəksiniz.

Strateji “Yol Xəritəsi”nin  hökumətin  son illərdə qəbul etdiyi digər sənədlərdən ciddi fərqinin olmasına baxmayaraq, (hərçəndi ki, həmin sənədə ediləsi xeyli təkliflərə hələ də ehtiyac var, qüsurlardan xali deyil) ondan yaxın illərdə, xüsusilə bu tərkibdə olan hökumətdən ciddi performanslar gözləmək sadəlövhlük olardı. Uzun illər ərzində ölkənin təməl iqtisadi inkişaf yolu fərqli istiqamətdə cərəyan etdiyi halda, qəflətən fərqli magistral təklif etməyi, ümumiyyətlə, dumanlı vəziyyət yaradır. Bu üzdən Strateji “Yol Xəritəsi”nin fiskal siyasətə etdiyi korreksiyalar  mənə inandırıcı görünmür. Bu sənədlə büdcə layihəsi arasında uyğunsuzluğu sübut edən bir fakta diqqət edin. Strateji “Yol Xəritəsi”ndə 4 əsas hədəflərdən biri fiskal və monetar siyasətin effektivliyinə nail olmaq qeyd edilir. 

Orada xüsusilə Neft Fondundan dövlət büdcəsinə edilən transferlərin limitləşdirilməsi və ildən-ilə bu köçürmələrin azaldılması kimi bir hədəf qoyulub. Bu sənədin mürəkkəbi qurumamış elə növbəti il Neft Fondundan büdcəyə transfert ötən illə müqayisədə azalmadı, əksinə artdı. Bu zaman Strateji “Yol Xəritəsi”ndən hansı gözləntilərin olduğunu özünüz qiymətləndirin.

Mən hesab edirəm ki, Azərbaycanda iqtisadi inkişafı əngəlləyən maliyyə resurslarının və dövlətin əldə etdiyi maliyyə axın kanallarının dar olması deyil, düzgün yönətimlə istifadə olunmaması ilə bağlıdır. Başqa sözlə, bizdəki problem maliyyə problemi deyil, effektiv idarəetmənin olmamasının problemidir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar