Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq”

Əgər kimsə fikirləşirsə ki, Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə din tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar" konfransında çıxışında deyib.

Bunun səbəbini açıqlayan G.İsmayılov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olduğundan, orta məktəblərdə din tədris oluna bilməz: "Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur. Orta məktəblərdə şəriət tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi" adlanan dərslik var. Məsələ burasındadır ki, "Həyat bilgisi "dərsliyinin içərisindəki mövzuları yetərli hesab etmirik".

Komitə rəsmisi hesab edir ki, orada dinlə bağlı mövzuları dərinləşdirmək lazımdır.

Onun sözlərinə görə, bütün dinlər, xüsusilə də islamla bağlı şagirdlərə dini məlumatların verilməsi artırılmalıdır: "Əgər biz şagirdlərə həmin məlumatları verməyəcəyiksə, o, mütləq kənarda bu məlumatları alacaq. Bu məlumatlar isə bizim dinimizə, marağımıza uyğun olmayacaq. Bu nöqteyi-nəzərdən gənclərin beyni, ürəyi üzərindən savaş gedir. Bizim bu savaşı qazanmağımız, gənclərimizin zərərli təriqətlərə qoşulmaması üçün orta məktəblərdə dinlə bağlı məlumatları verən fənnin tədrisi vacibdir. Fənnin adının nə olmasından asılı olmayaraq, orta məktəblərdə bütün dinlərlə, xüsusilə də islamla bağlı məlumatların verilməsi gücləndirilməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar