Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onları təmizləməsək, cəzasını ağır ödəyəcəyik“ - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “France 24” kanalına ölkədə baş verən son proseslərlə bağlı müsahibə verib


Lent.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan müsahibədə bir sıra vacib məqamlara toxunub.
 
Jurnalistin Türkiyədə hərbi çevrilişlə bağlı kəşfiyyat idarəsinin yerli vaxtla saat 16-da məlumatlı olduğunu, prezidentin isə saat 20-də məlumatlandırıldığını xatırlatması və MİT rəhbərinin istefa verməli olması ilə bağlı suala Türkiyə prezidenti ehtiyatlı cavab verib. Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə hökumətdə köklü dəyişiklik etməyə gərək yoxdur: “Biz hər hansı qərar verərkən bunu baş nazirlə birgə müzakirə edəcəyik. Hazırda keçid dövründəyik. Bizdə belə bir söz var: “Dərəni keçərkən atı dəyişməzlər”. Açıq etiraf edirəm ki, kəşfiyyatla bağlı boşluq olub. Xatırlayın, ABŞ-da 11 sentyabr terrorundan sonra xüsusi xidmət orqanları ilə bağlı suallar olmadımı? Fransada da eləcə... Yəni zaman-zaman kəşfiyyat orqanları da boşluq buraxa bilər. Amma bununla belə bu məsələni də baş nazirlə müzakirə edəcəyik. İndi isə hamı işinin başındadır”.
 
Türkiyə prezidenti hərbi çevriliş cəhdindən sonra davam edən həbs dalğasının hələ bir müddət davam edə biləcəyini deyib: “Biz əhalisi 79 milyonu keçmiş Türkiyədə bu çirkin qruplaşmanın bütün ünsürlərini zərərsizləşdirmək məcburiyyətindəyik. Əgər onları təmizləməsək, bunun cəzasını ağır ödəyərik. Biz 34-35 il ərzində seperatçılara qarşı mübarizədə 40 min şəhid vermişik. İndi də antiterror əməliyyatlarını davam etdiririk. Digər tərəfdən isə bunların dövlətin içində 40 illdir yerləşməkdə olan şəbəkələri var. Bizim bu 40 ildir yaranıb möhkəmlənən şəbəkələşməni məhv etməyimiz lazımdır. Bunu ən ideal formada etməliyik ki, dövlət bir də belə bir problemlə üzləşməsin”.
 
Ərdoğan ölkədəki çevriliş cəhdinin birbaşa Pensilvaniyadan idarə edildiyini deyib: “Artıq bəzi şəxslər etiraf da ediblər və təlimatı haradan aldıqlarını boyunlarına alıblar. Hətta Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini girov saxlayan şəxslərdən biri daha da irəli gedərək “Sizi öndərimiz Fətullah Gülənlə görüşdürək” deyib. Bunu ilk dəfə söyləyirəm".
 
Avropa Birliyinin Türkiyə hökumətini son hadisələrdən sonra sərt tənqid etməsini anlamadığını deyən Ərdoğan Qərbə “Siz çevrilişin, yoxsa demokratik dövlətin yanındasız?”, deyə sual verib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar