Aktrisa Ülviyyə Əliyeva şəxsi həyatının mediada müzakirə olunmasından danışıb
Axşam.az xəbər verir ki, Yalçın Uğurun “Show time” verilişində qonaq olan "Keyxanım" ləqəbli aktrisa bildirib ki, bu hallardan narahat olur:
“Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar. Cavab verirəm ki, bu barədə danışmaq istəmirəm. Haqqımda əsassız sözlər də yazılıb. Həmin yazılara qalsa, mən 8 dəfə boşanıb, 12 dəfə nişan qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram. Bu fikirlərim böyük çıxmasın, yəni yaradıcılığımla məşğulam. 1998-ci ildən bəri teatr sahəsində çalışıram".
pia.az