Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar pirdən gələndə mən araq içirdim, sonra da bıçaqladım”


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Ağamməd Ağasəlim oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb


Pia.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə görə, A.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq yolu ilə müəyyən edilib ki, A.Hüseynov 2014-cü il, iyulun 29-da Buzovna qəsəbəsi, A.Xəlilov küçəsi, döngə 2, ev 7 ünvanında ögey oğlu Samir Həsənovu və onun həyat yoldaşı Samirə Həsənovanı təhqir edib. O, ailədaxili narazılıq zamanı stolun üstündən götürdüyü bıçaqla Samirə zərbələr endirib. Beş bıçaq zərbəsi almış yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisəni törətmiş A.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən A.Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

A.Hüseynov ifadəsində əmisi gəlini olan Südabəni 1987-ci ildən tanıdığını, sonuncunun həyat yoldaşı rəhmətə gedəndən sonra ailəsini dolandıra bilmədiyini, bir qohum kimi ona köməklik etdiyini, aralarında yaxın münasibət yarandığını, 1997-ci ildən bəri qeyri-rəsmi yaşadıqlarını göstərib: “Südabənin üç oğlu var idi. Südabə ilə münasibətimə razı olmadığına görə ailəmlə münasibətim pozulmuşdu, hazırda bacı-qardaşlarımla da gediş-gəlişimiz yoxdur. Südabənin uşaqlarına qayğı göstərmişəm, onların tərbiyəsi ilə məşğul olmuşam.

Amma uşaqlar böyüyəndən sonra artıq məni bəyənmirdilər. Bu səbəbdən də ailədə tez-tez söz-söhbətlər olurdu. Südabənin oğlanlarının üçü də ailə qurmuşdular. Samir öz xalası qızı Samirə ilə evlənmişdi, iki övladı olmuşdu. Hamımız bir həyətdə qalırdıq. Samir avtomaşın rəngləməklə, Hüseynbala satıcılıqla, Həsənbala isə ocaqçılıqla məşğul olub ailəsini dolandırırdılar”.

Təqsirləndirilən şəxs ifadəsində səhhətində yaranan problemlərlə bağlı 2006-cı ildən işləmədiyini, amma hərdən fərdi əməklə məşğul olduğunu göstərib: “Fərdi işlərdən qazandığım pula spirtli içki alıb içirdim. Bu səbəbdən ailədə söz-söhbət yaranırdı. Daha çox Samirlə mübahisəmiz düşürdü. Hadisə baş verən gün orucluq bayramı olduğundan Südabə uşaqlarını və nəvələrini də götürüb qəbiristanlığa - ərinin məzarını ziyarətə getmiş, oradan da “Əliayağı” adlanan ziyarətgahda namaz qılıb, dua edib qayıtmışdı. Onlar qayıdanda mən spirtli içki içirdim. Samir arvad-uşağı düşürüb özü harasa getdi, axşam qayıtdı. Axşam saatlarında yemək zamanı yenə də içki qəbul etdim, eyvanın yanındakı kiçik setkaları görüb uşaqların hərəkətinə mane olacağını deyərək Südabəyə iradımı bildirdim. Aramızda mübahisə düşdü. Əsəbi halda stolun üstündəki araq şüşəsini Südabənin başına çırpmaq istədim.

Səs-küyə Samirin arvadı Samirə çölə çıxaraq “əlindən bezmişik, içirsən, özünü apara bilmirsən” deyə qışqırmağa başladı. Ümumiyyətlə, Samirə evdə hər şeyə müdaxilə edirdi, özünü gəlin kimi deyil, evin qızı kimi aparırdı, dəfələrlə mənimlə mübahisə edirdi. Əsəblərimi cilovlaya bilməyib ona “fahişə” dedim. Bu söhbətdən 20 dəqiqə sonra Samir gəldi, yenə niyə içki içdiyimi soruşdu. Ona “əcəb edirəm, işimə qarışma” dedim. Samir üstümə qışqıraraq evi tərk etməyimi tələb etdi. Südabə səs-küyə gələrək bizi sakitləşdirməyə çalışdı. Samirin məni evdən qovması mənə çox pis təsir etmişdi. Stolun üstündən bıçaq götürüb evdən çölə çıxdım. Samirin maşınına yaxınlaşıb arxa yük hissəsinə əlimlə vurdum. Samirin səsi eşidib çölə çıxdığını görüncə ona bıçaqla zərbələr endirməyə başladım. Samiri maşına qoyub xəstəxanaya apardılar. Mən isə dəniz kənarına gedib orada oturdum, etdiyim hərəkətlər barədə fikirləşməyə başladım. Etdiyim cinayət əməlinə bəraət qazandırmaq məqsədilə bıçaqla ayağıma xəsarət yetirdim ki, polislər sorğu-sual edincə əvvəllcə Samirin mənə xəsarət yetirdiyini deyim”.

A.Hüseynov tutduğu əməldən peşman olduğunu, Samirin ölməsini istəmədiyini, onu yalnız cəzalandırmaq niyyətilə vurduğunu deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Südabə Həsənova ifadəsində üç oğul anası olduğunu, həyat yoldaşı rəhmətə gedəndən sonra Ağammədlə qeyri-rəsmi yaşadıqlarını, ailəsini dolandırmaqda Ağammədin ona köməklik göstərdiyini bildirib: “Ağamməd spirtli içkiyə aludə olan bir insan idi. Son vaxtlar isə lap çox içirdi. Buna görə ailədə mütəmadi olaraq söz-söhbət yaranırdı. Çünki sərxoş olanda aqressiv olur, mübahisə edir, söyüş söyürdü. Samir də, mən də ona içki içməsini irad tutsaq da xeyri yox idi.

Hadisə baş verən gün bayram axşamı idi. Həmin gün səhər tezdən Ağamməd yenə içmişdi. Biz ziyarətgahdan gələndə sərxoş idi. Axşam hamımız bir süfrə arxasında əyləşib yemək yeyəndə Ağamməd  eyvanda oturub yenə içirdi. Mübahisəmiz düşdü. Gəlinim, bacımqızı Samirə də Ağammədə irad tutaraq hərəkətləri ilə hamını bezdirdiyini dedi. Ağamməd də gəlinin ünvanına nalayiq söyüş işlətdi. Bir azdan Samir gəlib çıxdı, mübahisə yenidən qızışdı. Ağamməd həyətə düşdü, Samiri də çağırdı. Küçədən qışqırıq səsi gəldiyini eşidib çölə çıxanda Samirin qan içində olduğunu, Ağammədinsə gözlərimin qarşısında balamı vurduğunu gördüm. Qonşular köməkləşib onları ayırdılar, Samiri xəstəxanaya apardılar. İki saat sonra oğlumun ölməsi xəbərini eşitdim”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar