Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar həbs edilməyə bilərdi, əgər...”


Səfir Elin Süleymanov Leyla və Arif Yunuslara görə “Washington Post”a yazdı


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Post” qəzetinə məktub göndərərək qəzetin ötən həftə dərc etdiyi, Leyla və Arif Yunuslara görə hakimiyyətin tənqid olunduğu redaksiya məqaləsinə münasibət bildirib.

Virtualaz.org saytı xəbər verir ki, “The Washington Post” səfirin məktubunu olduğu kimi dərc edib.

Orada deyilir: “Leyla və Arif Yunuslara görə ittihamların nə dərəcədə əsaslı olduğunu Azərbaycanın hüquq sistemi müəyyən etməlidir. Əgər  aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq mümkün olardı. Bunun əvəzində redaksiyanın qeyd etdiyi kimi, onlar hüquq-mühafizə orqanları ilə istənilən əməkdaşlıqdan qaçdılar.



Hüquqi sistemlərin əksəriyyətində, o cümlədən Birləşmiş Ştatlarda bu qayda prokurorluq fəaliyyəti baxımından normal deyilmi?

Yunusların Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlarlına gəldikdə isə biz bu məqsədə çatmaq üçün Minsk Qrupu çərçivəsində işləyirik. Və hələlik Ermənistanın Dağlıq Qarabağı işğalı ətrafında münaqişənin davam etdiyi bir vaxtda heç bir şübhə yoxdur ki, bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tərkib hissəsidir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar