Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Öncə AYB-dən istefa versin...”- Cəmil Həsənliyə etiraz



Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetinə müsahibəsi zamanı "NİDA"çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid etməsinə qarşı tərəfdən reaksiya gəlib


REAL-ın icra katibi Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Şura sədrinin məlum fikirlərinə hörmətlə yanaşır:

 “Amma incikliklə bağlı fikirlər səsləndirməsi onun şəxsi fikridir. Mənim mitinqlə bağlı səsləndirdiyim fikirlər isə proseslərin daha hansı müstəvidə ola biləcəyinə əsaslanmışdı. Azərbaycanda bu günə qədər aparılan mübarizə ideoloji zəmində olmadığından getdikcə daha az insane müxalif qüvvələrə cəlb edilir. Bu isə inamın və ümidin illərlə itməsinin nəticəsi idi. Müxalif qüvvələr bunu tənqid naminə tənqid kimi dəyərləndirdilər”.

Onun sözlərinə görə,  C. Həsənlinin REAL-ın tərəfdarlarının sayının az olması cəhətdən bunu tənqid etməsi düzgün deyil: “Çünki  elə bir mitinq keçirilməyib ki, hansı siyasi qüvvənin nə qədər elektratının olmasını müəyyən edək. Azərbaycanda siyasi güc anlayışı ancaq mitinqlə ölçülürsə, müxalifət partiyalarının keçirdiyi mitinq iştirakçılarının sayı ilə bunu ölçmək düzgün olmazdı. Milli Şuranın keçirdiyi mitinqə 3-4 min adam gəlirsə, bu o demək deyil ki onların elektratı bundan ibarətdir. Mən də mitinqə gəlməməyin səbəblərini yazdım, amma fikirlərimi başqa səmtə yozdular”.

Qeyd edək ki, yazar Elnur Astanbəyli də sosial şəbəkədə məsələyə münasibət bildirib. O, Cəmil Həsənlinin bu iki təşkilatı giley-güzar hədəfi kimi göstərməsinin əsla xoş olmadığını vurğulayıb: "Əziz Cəmil müəllim! NİDA-ya, REAL-a yüklənmək haqqınızdır, amma o zaman ki, öncə özünüz bu ölkədə yalanı, yaltaqlığı, iki və daha çox üzlülüyü təbliğat alətinə çevrilmiş AYB-dən istefa verəsiniz! NİDA-sı, REAL-ı, AXCP-si, Müsavatı və s. və i.a-ı ilə bu ölkədə hamıya qəbul və müdafiə etdiyimiz prinsiplərdən, dəyərlərdən uca, vazkeçilməz heç nə olmadığı nümunəsi göstərin, tüpürün o təşkilatın üzvlük biletinə, sonra da N!DA-sı ilə, REAL-ı ilə, Cəbhəsi, Müsavatı, qeyrisi ilə həssas məqamlarda hər kəsdən, özü də ən amansız şəkildə hesab istəyin.

Bu zaman əlindən gələn dəstəyi sizdən əsirgəyən, öz adıma yazıram, əxlaqsızın, vicdansızın yekəsidir!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar