Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölümün qabağında “kişilik“ edə bilmədi” - Flora Kərimova


“Ölümün qabağında "kişilik" edə bilmədi” - Flora Kərimova Mirzə Babayev haqda


Bu gün müğənni, aktyor Mirzə Babayevin doğum günüdür

Axşam.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova onunla ilə bağlı təəssüratlarını bölüşüb:

"Dünyasını dəyişməmişdən bir həftə əvvəl bəstəkar Sevinc Qasımova ilə birlikdə Mirzə müəllimə baş çəkməyə getmişdik. Çatanda gördük ki, üzü divara tərəf yatıb. Çox arıqlamışdı. Ədyalın altında bilinmirdi ki, adam var. Yavaşca ağ saçlarından öpdüm və oradan çıxdıq. Yanında qohumları da var idi. Biz klinikanın qapısına çatırdıq ki, bir də gördük həmin qohumu tövşüyə-tövşüyə gəldi və dedi ki, "Flora xanım, Mirzə müəllim ayıldı və sizin gəldiyinizi öyrənəndə onu tez qaytarın dedi". Qayıtdıq və onunla xeyli söhbət etdik. Onda da, ondan əvvəl də deyirdi ki, "90-ı keçib 100-ü tamamlamayan kişi deyil". 1 həftə keçdi, amma sözünün üstündə durmadı. 

Kişi xasiyyətli, kişi davranışlı Mirzə müəllim ölümün qarşısında kişilik edə bilmədi. Çox müsbət, enerjili adam idi. Onun güzəranından, imkanından, ailə problemlərindən az-çox xəbərim var idi. Hansı dərdi olursa olsun bunu qarşısındakına bildirməz, hər zaman pozitiv enerji verərdi. Ölümündən iki il əvvəl onunla konsertə çəkilmişdim. Mən insanın dərdi olduğunu hiss edə bilirəm. 

Ürəyin açıb danışdı, nələr danışdı və mənim üçün həmin söhbətdən sonra sanki Mirzə müəllim təzədən doğuldu. İki nəfəri belə kəşf etmişəm. Biri Rübabə Muradova idi, onu da ölümündən qabaq görmüşdüm, biri də Mirzə Babayev. Ruhu şad olsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar