Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədə ərzaq terroru həyata keçirilir...“


“Mən hazırda Şəmkirdəyəm. Burada insanların güzaranı ilə maraqlanıram? onların dolanışığı heç də yaxşı səviyyədə deyil. Təsəvvür edin bazarlarda bizə 1-2 azn-ə satılan pomidorları burada kəndçidən gəlib 10 qəpiyə alırlar”


PİA.AZ bildirri ki, bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. 

Partiya sədrinin sözlərinə görə bu gün ölkədə süni şəkildə qiymət artımı və manatın kursunun aşağı salınması prosesi gedir:

“Hazırda ölkəmizi və prezidenti istəməyən qüvvələr süni şəkildə Azəraycanda qiymət artımı yaradırlar. Bunu edənlər planlı şəkildə edir. Bunlar istəyir ki, xalq prezidentdən narazı qalsın. Ölkədə ərzaq terroru həyata keçirilir, manatı bilərəkdən ucuzlaşdırırlar. Kənd təsərrüfatı yiyəsiz qalıb. Yalnız yalançı rəqəmlər göstərirlər. Bu gün kəndçi əlində olan pomidorunu, gilasını, əriyini sata bilmir. Cənab prezident bir neçə gün öncə kənd təsərrüfatının inkişafı üçün böyük məbləğdə pul ayırdı. Təəssüflər olsun ki, bu pullar təyinatına uyğun istifadə olunmayacaq. Heyvandarlığı inkişaf etdirmək üçün süni mayalanma mərkəzi yaradıblar, gəlin yoxlayaq görək ölkədə o sahədən başı çıxan bir mütəxəssis varmı? Təbii ki, yoxdu. Bunlar hamısı ölkəyə vurulan zərbədir. Bu sistemin başında iki quda durub. Ziya Məmmədov və Heydər Əsədov. Ziya Məmmədovun oğlu Anar Məmmədov bu günlərdə həbsdən çıxmış jurnalistin məqaləsinin Nyu-York Times qəzetində çıxmasına sponsorluq etdi. Ölkəyə qarşı bütün istiqamətlərdə xəyanət edirlər.  Məmurlar gedib qardaşım İlham Əliyevə deyirlər ki, Hafiz Hacıyev düz danışmır. Amma hamı görür ki, mən həqiqətləri söyləyirəm. Ölkəmiz xaricdən bu qədər mal-qara gətirib, xərc çəkib amma biz yenə də Zellandiyanın mənşəyi bəlli olmayan yağlarını yeyirik. Bu monopolist məmurlar ki, xalq yaxın zamanlarda onlara layiq olduqları yeri göstərəcək.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar