Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğlum türmədən zəng vurub yalvardı...“ - əməkdar artist

Əməkdar artist Rəhman Rəhmanov Milli.az-a həbsdə olan oğlu Emil Rəhmanovla bağlı açıqlama verib


Aktyor oğlunun həbsdən çıxmasına 5-6 ayın qaldığını deyib.

Bir müddət əvvəl oğlundan inciyən R.Rəhmanov onu heç vaxt atmadığını bildirib:

"Bir ara yazdılar ki, guya oğlumdan imtina eləmişəm. Yalan söhbətdir. Bir nəfər zəng elədi, salam-kəlam eləməmiş dedi ki, oğlunuzdan imtina eləmisiniz? Hirsləndim ki, ailə işimə qarışmayın. Elə acığımdan dedim ki, özüm bilərəm, oğlumdan imtina edərəm, ya etmərəm. Götürüb hər yerdə yazdılar ki, Rəhman oğlundan imtina edib. Siz də oğlumla bağlı sual verdiniz, amma yaradıcılıqdan, ordan-burdan soruşa-soruşa bu mövzuya keçdiniz. Gördünüz ki, heç hirslənmədim də. Hər kəs bilir ki, mən bu barədə danışmaq istəmirəm, mənə çətindir".

Əməkdar artist həbsə, oğlunu ziyarət etməyə getdiyindən də danışıb:

"Həbsdə olanda dəfələrlə zəng elədi, yalvardı ki, ata, məni bağışla, buradan çıxandan sonra düzgün həyat yaşayacam. Bir gün Teymur Əmrah məni götürüb türməyə apardı, orada da Emil and içdi ki, sonuncu dəfə söz verirəm, düzələcəm. Əslində çox adam elə bilirdi ki, oğlum narkotik istifadə edir, yox, içkiyə qurşanmışdı, bu da onu səhv yollara apardı. Oğlum çox istedadlı uşaqdır, onun sənətini xalq da sevir. Nə qədər fanatları var, məni yandırıb-tökən də budur ki, belə istedadın ola, amma özünə qiymət verə bilməyəsən. İnşallah ki, həbsdən çıxandan sonra bir də keçmişə qayıtmaz, sənəti ilə məşğul olar, mən də ona baxıb ata kimi qürur hissi keçirərəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar