Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Odnoklassniki” istifadəçilərinin sayı xeyli artıb


“Odnoklassniki” sosial şəbəkəsinin istifadəçilərinin sayında artım var


İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, son bir il ərzində istifadəçilərin sayı 290 milyon nəfər artıb ki, bu da 2015-ci ildəkindən 9,3 faiz çoxdur. 

Əvvəllər gəlirlərin əsas hissəsi veb versiyadan əldə olunurdu. İndi isə bu gəlir əyləncəli xidmətlər və mobil cihazlardakı oyunların hesabına artıb. Şirkət nümayəndəsi layihənin gəlirlərini açıqlamaqdan imtina edib. Məlumdur ki, oyunlarda unikal istifadəçilərin sayı xeyli artıb. iOS platformasında bu rəqəm 59 faiz, “Android” əməliyyat sistemlərində isə 50 faiz təşkil edib. 

Həmçinin videobaxışların göstəriciləri də artıb. “comScore” şirkətinin məlumatlarına əsasən, 2015-ci ildən bəri videolara baxışların sayı 51 faiz çoxalıb. Bu bölmənin unikal ziyarətlərinin sayı isə 29 faiz artıb. 

2017-ci ildə “Odnoklassniki” şirkəti oyun və videolar bölməsini genişləndirməyi planlaşdırır. Həmçinin əlavə əyləncəli xidmətləri işə salmaq niyyətindədir. Bu, sosial şəbəkə auditoriyasının təkcə Rusiyada deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də artımına istiqamətlənib.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar