Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Obamanın savaşları”- Mərkəzi Kəşfiyyat İdarəsinin uzun illər sonra yaydığı məxfi sənədlərdə nələr var?



Mərkəzi Kəşfiyyat İdarəsi "Əl-Qaidə" lideri Üsamə bin Ladenin hansı şəraitdə, necə öldürüldüyünü, gizləndiyi yerdə ona məxsus hansı əşya və sənədlərin tapıldığını ictimailəşdirməyə başlayıb


Bu vaxta qədər gizli saxlanılan audio və video fayllardan məlum olur ki, bin Ladenin arxivindən onun gündəliyi, videomüraciətləri, cizgi filmlər, hətta pornfilmlər də aşkarlanıb.

Bin Ladeni zərərsizləşdirən amerikalı xüsusi təyinatlı Robert O`Nil həmin anları (2011-ci il, mayın 1-i) belə xatırlayır: "O, mənim təsəvvür etdiyimdən daha hündür, daha arıq, daha qısa saqqalı və saçları daha bəyaz idi. Qarşısında qadın əyləşmişdi. Bin Laden əllərini qadının çiyinlərinə qoymuşdu. Çiynindən bir qədər yüksəyə nişan aldım və tətiyi çəkdim. Başı parçalandı və o yerə yıxıldı. Hər ehtimala qarşı başına bir dəfə də atəş açdım". 

79 min səs yazısı və foto, 10 mindən çox videorolik…

Bin Ladeni ölmüş vəziyyətdə fotolentə almaq üçün parçalanmış başının hissələrini toplamalı olublar. Onun cəsədi İslam adətinə uyğun olaraq yuyulub və kəfənlənib.

Bütün dövrlərin ən təhlükəli terrorçusunun öldürülməsi dərhal ictimaiyyətdə və siyasilər arasında müzakirələrə səbəb olub. ABŞ hökumətinin Bin Ladenin zərərsizləşdirilmiş vücudunun fotosunu yaymaqdan imtina etməsi bu müzakirələri bir qədər də alovlandırıb. Buna baxmayaraq, ABŞ xüsusi xidmət orqanları bin Ladenin evində nələr tapdıqlarına dair açıqlama verməyə tələsməyiblər.

Sirr pərdəsi ilk dəfə 2015-ci ildə qalxmağa başlayıb Bu ilin noyabrında isə bununla bağlı 18 min sənəd, 79 min səs yazısı və foto, həmçinin 10 mindən çox videorolik üzə çıxıb. 

Bin Ladenin gündəliyi ilk dəfə icimaiyyət üçün açıq olub. Gündəlikdə bin Ladenin İslam hərəkatı və qarşıda duran vəzifələr, dünyaya baxışları yer alıb. 

ABŞ-ın "Long War Journal" bloqunun müəllifləri hesab edirlər ki, əldə olan bütün sənədlərin təhlili üçün illərlə vaxt lazımdır. Yeri gəlmişkən, Mərkəzi Kəşfiyyat İdarəsinin məlum sənədləri ictimaiyyətə açıqlamasına məhz bu müəlliflər nail olublar. 

Gündəlikdə yazılanlardan məlum olur ki, bin Laden tərəfdarlarını Pakistandakı (Abbotabad şəhəri) sığınacağından idarə edir, onların Yaxın Şərqdə, Yəməndə, Liviyada, Somalidə qələbə qazanmalarını təmin edirdi.

O, həm də yaxşı strateq idi. ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlarını analiz edir, Bob Vudvarın "Obamanın savaşları" kitabını oxuyur və bütün bunlarla da düşmənini tanımağa çalışırdı.

Ayətullahlarla gizli dostluq 

Uzun müddət belə fikir hakim idi ki, şiə İranla sünni "Əl-Qaidə"nin ABŞ kimi ortaq düşmənləri olsa da, dini zəmindəki  ziddiyyətlərə görə onlar heç bir halda bir araya gələ bilməzlər. Lakin tapılan məlum sənədlərdən bunun belə olmadığı üzə çıxıb. 

Belə sənədlərdən biri də yüksək rütbəli cihadçılardan birinin yazdığı məktubdur. Məktubda qeyd olunur ki, İran "Əl-Qaidə"dəki "səudiyyəli qardaşları" lazım olan hər şeylə, o cümlədən silahla təmin edib. Bunun əvəzində isə İranın onlardan bir istəyi olub – Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrində ABŞ-ın maraqlarına qarşı çıxmaq.

O da məlum olur ki, tərəflər arasında əməkdaşlıq 2001-ci ildə başlayıb. Və Bin Laden İranla "Əl-Qaidə"ni düşmən yox, yoldaşlıq edə biləcək bərabərhüquqlu tərəflər hesab edirmiş. 

Bin Laden İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə qohumunu azad etmək tələbilə qəzəbli məktub göndəribmiş. Bir dəfə də bin Ladenin əlaltıları iranlı diplomatı oğurlayıblar və əvəzində yüksək rütbəli "Əl-Qaidə"çi tələb ediblər.  

Bir neçə audiofaylda ben Laden qlobal cihada yardım edən səudiyyəli şeyxlərdən də söz açır. 

Bin Ladenin kompüterindən tapılan fayllardan o da məlum olur ki, özünün məşhur videomüraciətlərindən əvvəl nitqi üçün məşq edir və bunları lentə alırmış. 

"Buz dövrü", "Tom və Cerri"…

Kompüterdən həmçinin "Buz dövrü", "Tom və Cerri", "Betmən: cəngavər Qotema" kimi cizgi və animasiya filmləri, "Trunk Monkey" şirkətinin çəkdiyi komik reklam roliki, Ceki Canın filmi, "Çarli barmağımdan dişlədi" (bir vaxtların ən çox baxılan videosu) videosu və ingilis əlifbasını öyrədən virtual kursun roliki də tapılıb.


"Çarli barmağımdan dişlədi" 

Ekspertlər deyir ki, "Counter-Strike" (xüsusi təyinatlılarla terrorçuların mübarizəsi) oynamağından belə görünür ki, bin Laden virtual meydanlarda da savaş aparırmış. 

Kompüterdən müstəqil jurnalist Morqan Sperlokun "Üsamə bin Laden hardadır?" sənədli filmi və 11 sentyabr olaylarının ABŞ tərəfindən təşkil olunmasından bəhs edən film də tapılıb.

Sənədlər analiz edildikcə bir nömrəli terrorçunun həyatı, məqsədləri və fəaliyyəti ilə bağlı daha çox məqamlar üzə çıxacaq. Hələliksə o dəqiqdir ki, bin Ladenin ölümündən sonra "Əl-Qaidə"nin kökünü kəsmək mümkün olmadı. Əksinə radikal İslamın tərəfdarları az qala, bütün dünya boyu yayıldılar. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar