Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O vaxtkı əhali Xalq Cəbhəsi fəallarının, “rus qoşunları gəlib sizi qıracaq”, çağırışlarına inanmırdı” - Konfliktoloq


Əvəz Həsənov: “Xalq Cəbhəsi və yaxud Milli Azadlıq Hərəkatının fəalları qırğınların qarşısını azalda bilərdilər, əhalini meydandan çəkə bilərdilər və xüsusən 20 Yanvar dairəsində əhalini vaxtından tez evə göndərə bilərdilər”


“20 yanvar hadisələri Rusiya tərəfindən Azərbaycanın müstəqillik mübarizəsinə cəza mexanizmidir”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu il 1990-cı il yanvar hadisələrinin baş verməsindən 27 il keçir. Bu illər ərzində 20 Yanvar tarixi ağrı ilə xatırlansa da, beyinlərdə daim cavabsız suallar qalıb. “Kimdir günahkar?”. Bəziləri hələ də 20 yanvar hadisələrində daha çox Milli Azadlıq Hərəkatı və Xalq Cəbhəsinin fəallarını günahlandırırlar. Bəs görəsən, xalqla hakimiyyət arasında yaranan konfiliktin əsas yaradıcıları kimlərdir? Keçmiş SSRİ rəhbərliyinin bu məsələdə hansı məsuliyəti var və bu gün SSRİ-nin mirasçısı olan Rusiya Fedarasiyası bu məsuliyyəti paylaşmalıdırmı?

20 yanvar hadisələri ilə bağlı PİA.AZ-ın əməkdaşı Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənova müraciət edib.

ADPgVuisN6VPqI/zPgU12JnMkEEFqSekEaIJSxGBGiSkABTrCcuagqZYdXFAmN//AGdwKbcE7J9fyPwTUmaBoJE5GicgZmOneljZ7P2TR8hug7BQlzu4eK4uyAyTNrUkmhJxyNMvnNdJ9Kr8YRQkUeeZLajiaDxWf6FaODnl593UftU1bv2WWaahByOjTw3zUTYaBsIjYBSm7f8AJWnsTa0VXZWq5smC+dVyds+gm6VItIpSBgUHtBxTUTVI6tdUIOjhlSZElYNir7TEFdyQKstbKVVODReOaM/arPsVNb7PtFRrWmmaFW2yOqSRvuOR6bsPVv2XjlsC3Xom0tXrLO45+sYNhAAkpsBq004ql6T2QGTjgdutQ9DPFmtMbxhcey9sLaAPpT7pJXs4nugjwc8VGbo7cUSNEqMgkSNJKACKSUooigBJSSlFJKYBLDelT6iP8weRW4WH9Kg9RH+YPIprsTOZoIILQk9IIwk1QAWQxSNEjQAal2I+aiKVY/iECYLQPXjh8E1LmU7bMJm/OpNTZlAIQg5BAoKObelAeuhqez1UhpvY5p+ITfRIBrDxPPeVdekZoEcbyAaOLDUZh4y/6hZTo1aXOmcwHBtCAKYggLl1cbxHbopVkOgaParSPcOCq7C5XdmZgvHhH0etORKgcpTXKPZwBmpLqDduXbjTo45tWHJkqy2xkgqx61qptP6es8I7cgb4lW4ORMZbWR3WfBVloHgqW09MJJ3ObZYXO+8cBy360INKyCgnjIJ94Y0/EcqKXhceTWOZSdWUHTGJzXB/u6zsrhVUMj/VB5xcTQVxoA2h8z3blutNWYSQvrSl046uKwvR/R0877jY3UHtGlAANVdq7dNkSi78HDqsTc1t8nbbCT1Udc7jK8boqn1E0bbBI09m6W0BFa8MVLWqaatHNKLi6fYRRFAoimSEiRlJKAElEUZRFMAisP6U/wDTs/MHkVtysT6Uv9Mz8wfFNdiZzFBBBaEno9GiCNZDFIIkoIACk2T9lGUiy5lAhWkPrGJufNOaT9tnEJFozQCG0TkYSJjggozXTCHrIHN1ghw4tNVzjolN/m3CvtMaR4HvxpyXSdLyLI6Q0NDDaYXwBzJXl5LXE0wGobMcxtXPnmtrg/KOzTY3amvDNQy09WCSNW0AVOok4BFZY7dIasmjbeyFHvPDBob4pm22LrCx/VhvVjEVJDiaVNCTTJTbDa5pHOY1zYQ1vZcfeNMANg/lcGHGj0Msm0T7BYLaHDrbdAGg5GJwcQM8Q6gUoyyteb8jHNJwLajDmshoGK1ySOM4eWhhHauD1tRUija3M9vE5rQ6Qgc1jQaVGwYY8eJ7l1ZNsUYY027bLm2ODYwSc8qYqqjsEQcCYo3mtLz2h4w/FhhwUvSTyYaawAQeFDSqOxEPb7LTe96mXBRjmmy5xaXJX6f086BjHyQ1D710AAYMAOVcMO9Z51vFpDfUll8XmnDKtMCMjgtrb9ECRga5oc3MA4ioriAcioEejQ3EUFMgFpOca65M8cee+Clteir4F5rQ3Auxdee4AVLqmlCe0dpplRZzo+91ntk9nBoyRhlG0EGhu8a48At1aK3SCs5YomfSnSOHa6qVjeNA7+krKEu0bOHT9GussDWFwaKDDwqn01Z3Vx2/2HgAnV3QVI8vNLdNsSSiqjco77VGM3tHMKjIeKSUx/iEP+43vShaWHJ7TzCYCyUko88kLqAEVWL9KI/yzfzG/FbUtWL9KBpZR+Nqa7Ezl6CF5BaCPSARokayEBGEEYQAE/Zs1HfI1uLiAN5oq6XpVY4j2528sfJNAXelTiziPNFaM1jdLekSxm5cL3UONGnajk9JNjJyk/4p7WJGtTVoyWdg6e2J3vlvEEKyi07ZpR2JmHmKqaZRUaYOay1qlfI+zSZ/R3Pjdt6uQVYeRDhzC1ulQCKg1WPc668014HhX+Fzajo7dK0mdB0c8PaDrA81LhsO7HVks90etfuHMeS1cEuxedB0enNeh2KzXRkD4U30p8VWaTffcNQGr98VdMfUYqh0uaPAbnQk7gtJttGeJfWSpBWFRLI6hVjZGVjpuqs9agQ4lrrpGI3kZhRjujTu0amNuF6nxTc8ldSXYpC5ovZkJq1tot30YKrKnSDsCsmDVzDtd4GoPgStFpWTsu4FY61WxkMYdJWg1DMuobtOdEoLlFSap8m2/wATjibekcAN6zGl/SCBVsDa/eKwVr0lJM689xOwagmgV6yijxGy3tvSK0yntSu4DAKskmcc3E8SUSIqhCSTtRtneMnOHAlJKQUwLKzaetMfsyu5mqu7D08nbhI0PHcVkUEqQWdY0T0sgnoK3HbCqj0qH/Jg/fb5rnwKd0vpiV9n6l7rzbwIrmKJbaHZnC87UEhGkB6kCFUhzlFtdqDGl7jQNFSeCmibHrVbGRtLnuDQNZWF076Q6VbZm1++cuQWW6TdIJLU84kRj2W/EqkVqIE636ZnnNZJXHdWg7lXo0SoAkYKJAJgKCUCkhKCBC26Tnj9iVw3VJHinYukjq+tFd4zUKYKvmCxyRTXJrCTj0dX0faqOY/PIEjIg5OG0YgrbWCcLivQu3kPMDibrhVlTkRmNwx+arqeiZTQY7l5OTFslR7OPNvhZrWygNqVUaTbfxaaOy5HUUuWQmlAaBRZ9IRR/WHAY0AJJ7kLkSbT4HLFpB0OD2l2HZLRWu4jVmoMkDnuvuFLxqG7Bq5pyHpIwn6l93URn5JubTcrzVkQAxAvZ+C1jSXCKeLIyzjncBgdSc+ll1aqrikneaua1m4VNfKilOcA07UnT6M2mnyV2kHVBHf4rm/Tafsxtr7xPcKfFb+1WgXXFcu6XTl0oByDRTnjXuotcEbn8GOeVQf3K2CXapbJG/aHeFXRIOavQPNLhqBVS1xGLSQn47efeHcmBLKQUGStdkf3RlMQlEjQQAAoukh2OamNCj6Ub6vmh9CKRBFVGsyj049ywvpH0oWsbA04v7TuAyC2jiuTdOLTftjxqYA3uCuKM+2UKMIglBMoIpKUkSOAxQAEnrBtCiyOLjikhiVjolm0NG9INs2DxTV1JLUrYUG+0OOuiTDA+RzWNBc5xDWtGJJOQCVdXS/Rv0eEcf0yQUc8eqr7kWuT8TtX3fxFOK3Ogk6Vk3QXRFlnszonEGWQAySDU4GrWs+60gcTXgHNE2oirXi69po9uxw+BzB4LUwsBxIwOQ2/x88Mr0sjcwi0RgueOy9ozkZXMfebq5jYq1emU4fT2g0mpcJ1Lpmls9swOtPw3SMVlLDpLI/wr+yz1pQrw2vZ7afJLniOF1reNEiKOQnF3DJWNlNdnzsUl0YWkOuBSl7Kl8ZB254qvntAAdXDBWFtcACK7VjtJW4vd1MLS99cQPidX8JpXwTJ+Rq1zGQiJmbzTgCaEnvHgsB0qma+2Tloo1rzG0fdiAibTiGA81u7Kw2aKe1vN50bezsvnsxtbuvHwC5neGs88+9epDCscF7fZ5WTN/0k66QUacZiktFEbXgCpwTJGHEg02IAonvvGoFE4G4JMAgn45yN6ZCWAkMfFp2ininmuByUJGPFNSFRZxpGmWeprvCagnI9oV80/paVroCRtHFXdoimmZhGiQWRZ6VJXFtNS37RK7a93gaLslodRpOwE+C4hK+rnHa4nvK0Mo9hJSbLkprkjQUoz8Sd2CkOdQVTJFABr1oYIbDEotRgIykMbuVSriNiS4oGPaN6rr4uvxi6xnWbLl4Xq66UrWmqq71Rz2tDgGlorRoo0tyF3fh4aqLz6t30G6WXQ2zTnAUEL6gDUAx1cjkGnIijTSjXNvHJXRnOL7OjxOq0k6jSn9I3Krnj6x5B3E7hqHh4BTrTMCS+gDTUgAUy2DUanEasUiwRAvLs7wDsuVBuw8U9VKSwtovSRi8yv5KXSOiwXGnZJxB1U2FRojPCcWkjvHIhay12WueA1HYf2RNszgPZqPu4juOIXgrI1wz3JRT5KWLTxbnG/wCdlaIT9IHuNGQyFxyFM1cCzNr7L8dVCPgpVnhcPYiI3kXfF2JWqyLwjOUPbM4NGWuYetc2zsOdDfkI2D3W8cUp8EcTeps4uinrJDiaa7zjrNRhv3q6tzA0XppP0t8q6+SoNI21jWukceqhYMK544VIGbs7rBrOs4ju0mnllkpS4ijg1epjjjtjzIznpHtbWWeCzxkESEyvI1hhpQ/q/wDCwFwBWGntKG0Sl9C1rRcjacS1gJIrTC8SSTvO4KqkcuzJJOVnFjVR5Dc9MPaSakpYCca1ZmgmNlEpyXRJCTADGpyiIOSmtJU2UJATjGJTW9ycomkJsSxqRbW9hwGzyT4RPCuiTOII3ChI2GiNZDPQ2l5LsMh2Md5LilV1bT2ko5LFM+N1ewRvBOFCNS5JIfILYygKL0GOqmS5GxyRoS5hkE2SnCKnkkAJDQYCQ9OBIekMSkkJwpLgpGIotp6NtENkm6+T2YcWjbIcv+OfEtWPY2pXbuhehupijY4YgX5PxH9vIBbYYptt9IxzTapLtjktlzdGKkAEGuZFOy8DMbHCpFKZYJ+x28yUAADxhdfRjsNlR2hvbUKwksgqCDSp1bE5GCKXiDQ0x3YrqbTVM51aYoS0bSRv/Eg99aeCDHsIq12GvURxBySfozCC643YDQd+W5SbHHG1p6xt4nLC8abBXKuPeF5+XQ4pK4qmduLXZIupckKXSQbg0l3z4qJPaZJMBeJzIBAAG12zmVMfEx3ssBHHw4IhZiG4Ma0bKnE7aUoujDpMWPxb+5hm1uTJ1wUs1jfUyTPbcZjcaCQKY3TlsqczxXI+kOmnWp9cWxNJ6tm7K+7a8jXqyC6h6RLf1NjcL3ak9UwDD2vaNdt1r+4LjZWuafCijLTw5cmNPKQGp24lhq5TrG2tKUR3pSbeUAJe7UiakOKdiZVQ2NC4mVUkNoEuNgAqUuIVx7lSiDY21qVRG40TD5tirokcrgmy6iRfSryLAqbRGLzsNZQTlo9o8UFFDNE+eoLamjhQ0OY37VEj0TLLedGA4NzxAOWxVtntoAyKd0ZO4zMoS3tCoBz4q0Qxp4IJBwIwITkLalP6VF6eSn2kmFtCRsp3mqGNDsXw8kQKEeZ5JYbRSygU1JFMU9kmaJMaCKJKIREJDND0C0X19rZX2Wesd+nId9O5dygsuFK54n55LA+i3R1yN0hGL8vwjAeTjzC6PAMK7cOQXRW2KRhe6Tf+EWdtMdmDeOr902yG6LzsTqGzbzyU2RmNTk3/ANFEyOt2usk8hn5KlIiS8IajiJug56+J+CXIcz3eQ8wpDRmfnH5KZnOA31Pdr8+5G6xKJW2khpq0027+PmifaZXDssw2nAEqaGANqdf96eSbnkNAB8k/xRWnZEqRyj0rW57pooXEdhl8huQLyWgE6yAyv61hQFZ9ILf9ItMs1ah7zdP3G9ln/VrVXUXPN2zqgqVAogSECkuI16lJQiR2rb5JiWRJfJmdZSY2VKTYDlniqrGGMAVOpCCFR7dPTshCXkGxUkpeaBTWjDkq+xtp2ikWjSGoKxFgQPnmkPjCrmzSHIczh5pTHyfbHiUgJQjxQeEcZwxx5U80TzigZWSk1NSgpjohXEIJCKpr6VClaIkpK12dMTyUzS2gJbNIxszCA99K6iARWneptu0WLO/A4OrTcBSle9JWHD4INrnN8uOFSCf1E/sEqF2JHzhj5FJmb2sRg4U7v7pggtIryO8ZfsmBYRDEpYTFnfXFPoGApsBOE4JDAkxoJwT+jbI6aVkbfae4NHM58BnyTLgtd6N7A59oMjR7AIB2OdhXk293hPHHdJInJLbFs6touxsgjbG3JrAK/pCtLMaDGuHz5piCLKuQ8aZV40UpjcDyHz3LaTsxVxVCHDDn5f3TjBgT+kcMykynAAce/wDsE5G3Bo+cSpbGlQkDDjj8+KbfrJ4DgM/nepltjDQKGuH7CqjPjyG758KJRknyNpxI0jC6gHzX+Fn+nOkRBZJntwcW9Ww7HP7AI3gEn9K00ppU5ADPwHmFyn0q6WDjFZ2ZNrK7ecWs8L/etL+mzNRW6mc8RVS3BNlYHSAqLan+7sxP7J2R90EnlsKhtH8pNgANqrCzQJuzQqW91BQISCwp5gMlVjtO8zuSpn44lIjYXDDXnw1BUIOee9gMANQzPDciiY7UAPE95UuGxKSyABFAQm2U5k1UiOCikBoSXFFBYmqBRBJITAIsCCSSNqCQzV+lZx6+AVwxw1alV9JDjF+UPiggj2Zx8FNP7I4jzSZh2SggkWHY/ZUxBBCGJSo8ufwRIJMaBrXVfRM0fR5TTG/8GoIK8Xn4/KIyePn8M6GdfA+YSj7I5+QQQV+DL+wh+Z+dSk++OXwQQUGjI/7jyKfGY/T5BBBNk+in0scDw/qauNdO/wDWy7hHTd6th+J70SC2n/GYYv5X8GdckOQQXKdnkh23MfqRRIIIYFpEMuXkU3NkjQVoTKuRP2L2e7yCJBICbH+6S44oIJsBTUl3z3IIIAN3wTcmSJBAIhuKCCCQH//Z" alt="Image result for əvəz həsənov">

Əvəz Həsənov: “Mərkəzdənqaçma halları Bakıdan başladığına görə Azərbaycanın cəzalandırılması çox ciddi təsir yaratdı”.


20 Yanvar hadisələrində Milli Azadlıq Hərəkatı və Xalq Cəbhəsi fəallarının hansısa mənfi rola malik olmadığını vurğulayan konfliktoloq Əvəz Həsənova görə, SSRİ-nin bu davranışı Azərbaycanı cəzalandırmaq üçün nəzərdə tutulmuşdu:

“20 yanvar hadisələri Rusiya tərəfindən Azərbaycanın müstəqillik mübarizəsinə cəza mexanizmidir. Hesab etmirəm ki, Xalq  Hərəkatının üzvləri bu prosesdə müəyyən mənada mənfi rola sahib olublar. Əksinə onlar Azərbaycanın müstəqilliyində xalqın ardıcıllığını sistemləşdirirdilər və təbii ki, SSRİ Azərbaycanı cəzalandırmalı idi. 20 yanvar qaçılmaz idi. Yəni, biz istəsək də, istəməsək də uzun müddət oturaq mitinqlərdə dayanan Azərbaycanı çəkindirmək lazım idi. Bunun yeganə yolu isə qoşun yeridib, əhalini əzmək idi. 

Mən özüm həmin hadisələr zamanı meydanda olmuşam. Noyabrın uzunmüddətli mitinqlərindən sonra dekabr 15-də mitinqlər dağıdıldı və məlum idi ki, Bakıda baş verən qırğınlardan, qarşıdurmalardan sonra bura mütləq qoşun yeridiləcək. Artıq yanvarın 12-13-də bu bəlli idi. Ona görə də Xalq Cəbhəsi və yaxud Milli Azadlıq Hərəkatının fəalları burada elə bir ciddi rola malik deyildi. Təbii ki, onlar qırğınların qarşısını azalda bilərdilər, əhalini meydandan çəkə bilərdilər və xüsusən 20 Yanvar dairəsində əhalini vaxtından tez evə göndərə bilərdilər. Bu mümkün idi. Ancaq çox adam heç onlara da inanmırdı. O vaxtkı əhali Xalq Cəbhəsi fəallarının, “rus qoşunları gəlib sizi qıracaq”, kimi çağırışlarına inanmırdı. Əhali gözləmirdi ki, Rusiya dinc mitinqin üstünə silah yeridəcək. Heç kim buna inanmırdı. 20 yanvar SSRİ-nin bizi cəzalandırması üçün düşünə bildiyi ən yaxşı metodu idi. Ondan əvvəl bu metoddan Praqada, Varşavada, Vilnüsdə istifadə etmişdi. Yəni rus əsgərləri dinc əhalini birinci dəfəydi ki, qırmırdı.

Rusiya sonradan özünü SSRİ-nin müəyyən varisi kimi MDB ölkələrinə təqdim etdisə, heç olmasa özünə demokrat deyən rus siyasətçiləri bu məsələdə tarixi bir etiraf etməli idilər və 20 yanvara siyasi qiymət verməliydilər. Lakin göründüyü kimi onlar susdular, daha doğrusu bu qətliamı özləri üçün əhəmiyyətsiz bir hadisə kimi gördülər. 

Bu hadisənin konkret günahkarları bəllidir və onlardan çoxu son dövrlərə qədər yaşadı. Tarixi məsuliyyətlə yanaşıb bu insanların ictimai məhkəməsi qurulmalı idi. O vaxtlar SSRİ hakimiyyətində rəhbər vəzifədə olan adamları məsuliyyətə cəlb eləmək çətin idi və inandırıcı görünmürdü. Lakin buna baxmayaraq, onların adlarının məhkəmə sübutlarında qeyd edilməsi vacib idi. Bəlli idi ki, bu əmri verən SSRİ-nin prezidenti Qorbaçov, SSRİ-nin müdafiə naziri, SSRİ Daxili Qoşunlarının komandiri idi. Eləcə də Azərbaycan rəhbərliyində bu hadisələrin qarşısını alıb, xalqı təhlükədən xəbərdar edəcək  insanların da adları var. Bu gün heç kim onları ittiham etmir, amma zamanla  o hadisələrə yenidən baxılanda məlum olacaq ki, o vaxtkı rəhbərliyin də məsuliyyəti az deyil. Xüsusən də o vaxtkı Azərbaycan Kommunist Partiyası rəhbərliyinin məsuliyyəti az deyil. 

Bu məsələdə hələ də Azərbaycan ictimaiyyətində və mətbuatında üzə çıxarılası faktlar var. Zaman gələcək bu hadisələrə tamamilə obyektiv qiymət veriləcək. Burada məsuliyyəti birbaşa Azərbaycan və ya SSRİ tərəfinin üzərinə atmaq cəhdi var, ancaq məsuliyyət hər iki tərəfində var. Çünki bu tək Azərbaycanda törədilmədi. Bunu Gürcüstanda, Latviyada və digər keçmiş SSRİ ölkələrində də etdilər. Sadəcə olaraq ən böyüyü Bakıda törədildi. Mərkəzdənqaçma halları Bakıdan başladığına görə Azərbaycanın cəzalandırılması çox ciddi təsir elədi”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar