Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O pula Moldovanı almaq olar” - PFL prezidenti


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün püşkatmasından mətbuat konfransı keçirib


Apasport.az saytının əməkdaşının da iştirak etdiyi konfransda Musayev jurnalistlərin suallarını cavablandırıb.
 
Yeni mövsümdən etibarən əvəzedici heyətlərin oyunu əsas komandaların matçından 1 gün sonra olacaq...
 
- Düz qeyd etdiniz. Baş məşqçilərin fikrini nəzərə alıb, oyunların vaxtını dəyişdik. Amma düşünürəm ki, bu, yanlış fikirdi. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxa bilirdi.
 
- Yığmanın oyunları ilə bağlı fasilələr uzun çəkir. Yenə belə olacaq?
 
- Millinin baş məşqçisi Robert Prosineçki bizə hələ sıx qrafik təqdim etməyib. Amma sabah məcbur olacağıqsa, milliyə görə çempionatda tez-tez fasilə yaratmağa hazırıq. Bizim üçün əsas yığmanın mənafeyidi.
 
- Yeni mövsümdə I divizionda neçə komanda iştirak edəcək?
 
- Bu gün üçün 12 komanda var. Elə qərara gəldik ki, həmin komandaların I divizonda neçə il iştirak etməsinə, onlara kimlərin sponsorluq etməsinə baxmayaraq, çempionatda problem yaşanmasın deyə, zəmanət məktubu almalıyıq. Onları bizə təqdim etməyən klubları çempionata buraxmayacağıq. Əvvəllər mübarizəyə yeni başlayan klublardan o məktubu alırdıq. Bu ildən etibarən isə bütün komandalara eyni tələblə müraciət etmişik.
 
- Hakimlər əvvəlki illərlə müqayisədə ölkə xaricində toplanış keçmədilər. Bu, onların çempionatdakı çıxışına necə təsir edəcək?
 
- Bəziləri hakimlərimizin getməməyini maddi durumla əlaqələndirdilər. Amma elə deyil. Əgər referilərimiz getdikləri ölkədə oyun idarə etməyəcəklərsə, ora getməyin nə mənası var? Bizə Bolqarıstan və digər ölkələrdən dəbət məktubu gəldi. Lakin yoxlama oyunlarının sayı cəmi 8 idi. Bu qədər matça görə onları ölkə xaricinə göndərməyə ehtiyac duymadıq. Hakimlər səhvləri həmişə olub, yenə olacaq. Əsas odu ki, qərəz olmasın. Hakimlərimizin qərəzli olmadığına cavabdehəm.
 
- “Xəzər Lənkəran” rəhbərliyi deyib ki, hazırkı rəhbərlik ola-ola çempionata qayıtmayacaqlar. Bu barədə nə deyə bilərsiz?
 
- Əgər onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Mən həmişə deyirəm ki, hansı klub rəhbəri öz maliyyəsindən futbolun inkişafı naminə ayırırsa, onları futboldan iyrəndirməməliyik. Hakimlərə də bunu tez-tez deyirəm ki, bizə inanan insanları futboldan küsdürməyin. Mənə sual verirlər ki, “Bakı” və “Xəzər Lənkəran” komandaları Premyer Liqaya gəlmək istəsə, çempionata buraxarsızmı? Yenə deyirəm, əgər hansısa sponsor komandasını elitaya buraxmaq istəyərsə, yenidən püşkatma keçirərəm. “Rəvan” və “Şərurspor”un I diviziondan getməsi mənə xoş gəlmədi, rəhbərlikləri ilə yaxşı münasibətimiz var idi. Dəvədən böyük fil var. UEFA-dan bizə məktub gəldi ki, onlar cəzalandırılır. Gəlmək istəyən komanda varsa, gözümün üstündə yeri var. Bu il “Binə” I diviziona gəlib. “Göyçə” komandası gəlir, Göyçə mahalını təmsil edəcək. Sözsüz ki, bayaq dediyim sənədlər onlardan da tələb olunur. Hansısa sponsor çempionata komanda buraxmaq istəsə, kiməsə mane olmaram.
 
- Çempionatda yenə 8 komanda çıxış edəcək və onun yarısına AFFA sponsorluq edir. Bunda assosiasiyanın heç günahı yoxdu?
 
- Özünüz də bilirsiz ki, bütün dünyada böhrandı. Moldovalılar “Qarabağ”ın “Şerif”lə oyununu göstərməyə üçün 100 min avro tələb ediblər. Həmin pula Moldovanı almaq olar. Futbola gəlmək istəyən sponsor yoxdu, AFFA nə etsin? Bir dəfə futbola sponsorluq edənlərdən biri dedi ki, bu qədər pul yatırıram. Dedim ki, sənə ayrılan pul mənə ayrılsaydı, 5 dəfə artıq sərmayə qoyardım.
 
- Klubların ötən mövsümdən qalan borcları tam ödənilibmi?
 
- “Qarabağ”dan başqa bütün klubların borcu var.
 
- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansı nə qədər realdı?
 
- İdman bəxti deyilən bir şey var. Hansı klubun onlara rəqib olmasından çox şey asılıdı. Futbolda hər şey ola bilər. “Qəbələ” ilk oyunda “Yagelloniya” ilə heç-heçə etsə də, səfərdə o komandaya qalib gəldi. Amma məni qınamayın. “Qarabağ” indi bir qədər zəifdi. 3 il əvvəl daha güclü idilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar