Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O kart nə olan şeydir ki?”


Müğənni Elarizdən "Green Card” qazanma xəbərinə reaksiya


Müğənni Elariz Məmmədoğlunun "Green Card” qazanması ictimaiyyətdə böyük marağa səbəb olub. Kifayət qədər yaşayış imkanlarına sahib olan müğənninin öz ölkəsini hansı səbəbdən tərk etmək istəməsi suallar doğurub.

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un əməkdaşı müğənni ilə əlaqə saxlayıb.

Elariz Məmmədoğlu məsələdən xəbərsiz olduğunu, ümumiyyətlə, "Green Card” haqda anlayışı olmadığını bildirib: "O "Green Card” nə kartdır ki? Əgər mən o kartı alsam, indi Amerikanın hansı ölkəsində yaşaya bilərəm?!

Mən ümumiyyətlə, Hindistanı xoşlayıram, orada yaşamaq istəyirəm. Gedib bir-iki məşhur şəhərini gəzmək istəyirəm. Kart almaq üçün müraciət etməmişəm və heç xəbərim yoxdur. Bu ad təkcə məndə deyil. Əgər əvvəllər təkcə məndə isə, indi çox adamın adı Elariz Məmmədoğludur”.

Müğənni başqa ölkəyə köçmək istəmədiyini də deyib: "Başqa ölkəyə köçmək fikrim yoxdur. Amma rayonlarımızdan Qəbələdə yaşamaq istəyərəm, çünki ora çox səfalı yerdir”.

Qeyd edək ki, qafqazinfo.az saytı məlumat yayaraq bildirib ki, bu il Azərbaycanın 224 vətəndaşı "Green Card” sahibi olub. Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. Bu iki məşhurun adları Azərbaycandan "Green Card” udanların tam siyahısında yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar