Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O evə qayıdıb arvadını pulların üstündə yeridirdi”


Hazırda Türkiyədə yaşayan Azərbaycanın istedadlı şairi Aqşin Yenisey sovet şairi ilə müasir azərbaycanlı şairin həyat tərzinin və maddi imkanlarının müqayisəsini aparıb


Qafqazinfo”nun məlumatına görə, Aqşin Yenisey Feysbuk hesabında yazdığı statusda bildirib ki, SSRİ dövründə hökumət şairləri himayəsinə götürmüşdü və onları maddi ehtiyaclar içində boğulmağa qoymurdu.

“Son yüz ildə Azərbaycanda ədəbiyyat ictimai-siyasi imtiyazlar mühitində yaradılıb. İmtiyazlar mühiti nə deməkdir? Loru dildə desək, o vaxt hər rayon katibinin qarşısına ən azı ayda bir dəfə bir şairi çağırıb kolxozçularla görüşünü keçirmək öhdəliyi qoyulmuşdu. Səməd Vurğun Cəlilabadın Səfərəliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın. Şair də evə qayıdıb pulları otağa səpirdi və xanımını o pulların üstündə yeridirdi. Bunu mənə şairin öz oğlu, rəhmətlik Vaqif Səmədoğlu danışıb.

Kolxozdan əlidolu qayıdan şair bu “ənamla” aylarla məişət azadlığı içində yaşayırdı. Bu, əlbəttə, doğru yol deyildi. Sadəcə, sovet hökuməti sənət adamlarına azad rəqabət və azad yaradıcılıq mühitini qapadığı üçün onları öz himayəsinə götürmüşdü”.

Şairin sözlərinə görə, müasir dövrdə cəmiyyət gənc yazarları tüfeyli həyat sürdüyünə görə tənqid edir: “Bu gün imzası tanınan hansı tüfeyli gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır? Sovet ədəbiyyatında yalnız istedad hesabına ədəbiyyat yarada bilən bircə şair və yazıçı adı çəkin...

Hansı gənc yazar bu gün tüfeyli yaşasa da yaxşı yaşamaq üçün hökumətə yaltaqlanır? Bu və ya digər işinə görə hökumətə yaltaqlanmayan və rahat yazıb-yaradan bir nəfər sovet şair və yazıçısının adını çəkin. Bu gün tüfeyli gənc yazarın yaltaqlığı ancaq odur ki, dil açıb iş istəyir, sovet şairi kimi evinin təmiri üçün dövlət başçısının qabağında əzilib-büzülmür.

Bu gün tüfeyli gənc yazara harada azad yaradıcılıq və rəqabət mühiti yaradılıb ki, o, bu mühiti tərk edib araq içir? Hansı sovet yazıçısı, şairi arağa pul vermirdi, öz cibinin puluna ədəbiyyat jurnalı, məsələn, “Alatoran”, “Yazı” çıxarırdı? Sovet yazıçısı özünə mənzil, avtomobil (avtomobil e, a kişi!) ad, titul almaq üçün hökumətin dediyini yazırdı. Bu günün gənc yazarı bunu etməmək üçün tüfeyli həyata məhkumdur.

Nəhayət, o qədər imtiyazların qarşılığında hansı sovet yazıçısı, şairi Azərbaycan ədəbiyyatını dünyaya çıxardı ki, siz indi tüfeyli gənc yazardan dünya ədəbiyyatına çıxmasını tələb edirsiniz? İnsafınız yoxdursa bunu heç olmasa, ört-basdır edin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar