Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O, Bakının riyakar və etibarsız müttəfiqidir”


“Əgər Gürcüstan iqtisadi baxımdan Azərbaycandan asılı olmasaydı, həmçinin, Türkiyə faktoru rəsmi Tiflis üçün müstəsna əhəmiyyət kəsb etməsəydi, bu ölkənin hətta bizə qarşı ərazi iddiaları ilə çıxış etmək ehtimalı da ola bilərdi. Bu baxımdan, rəsmi Tiflisin Ermənistan üçün əlavə nəfəslik açacağına təəccüblənmirəm”


Bu sözləri Axar.az-a Gürcüstanın Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərini açmağa hazırlaşması ilə bağlı məsələni şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Gürcüstan etibarsız müttəfiqdir:

“Mən məsələnin mənəvi tərəflərindən söhbət açmayacağam. Çünki unutqanlıq, siyasi proseslərə oğru təfəkkürü ilə yanaşmaq, hər şeydə ifrat dərəcədə fayda axtarmaq bu ölkənin siyasi kursunun mahiyyətini əks etdirir. Rusiya ilə Abxaziya ərazisindən keçən dəmir yol xəttinin açılması ilə bağlı danışıqlar 2011-ci ildən, Mixail Saakaşvilinin prezidentliyi dönəmindən başlayıb. Danışıqlarda vasitəçiliyi İsveçrə edib. İlkin razılaşmaya əsasən, tranzitə İsveçrənin SGS şirkəti nəzarət etməliymiş. Gürcüstan tərəfinin iddialarına görə, Azərbaycanın əsas tələbi dəmir yolu vasitəsi ilə Ermənistana hərbi yüklərin daşınmamasıdır və onlar da bu tələbə əməl edəcəklər. Rusiya ekspertləri bildirilər ki, dəmir yolu hələ Saakaşvilinin zamanında açılmalıymış. Lakin Saakaşvilinin Obama ilə görüşündən sonra bu proses dayandırılıb. Şübhəsiz ki, bu fikirlərin həqiqətə nə qədər yaxın olub-olmadığını müəyyənləşdirmək mümkün deyil”.

Analitikin sözlərinə görə, Gürcüstanda hakimiyyətdə olan qüvvələrin Moskva-Suxumi-Tiflis- İrəvan dəmiryolunun açılması ilə bağlı niyyətlərinin olduğu şübhə doğurmur:

“Gürcüstanın riyakar davranışlarının günahını isə təkcə bu ölkənin manipulyativ, qeyri-səmimi, saxta, ikiüzlü manevrlərində axtarmaq doğru olmazdı. Burada bizim buraxdığımız boşluqlar da var. Azərbaycan enerji və nəqliyyat layihələri ilə Gürcüstana həyat verib, bu ölkənin iqtisadiyyatına böyük sərmayələr yatırıb, Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən dövlət və özəl şirkətləri dönük qonşumuzun nəinki iqtisadi, hətta sosial-mədəni problemlərinin həllində müstəsna rol oynayırlar. Bütün bunlar önəmlidir, amma yetərli deyil. Pul çox şeyi həll edə bilər, amma hər şeyi yox. Biz bir sıra məsələlərdə olduğu kimi Gürcüstanla bağlı davranışlarımızda da insan faktorunu bu və ya digər səbəblərdən unutmuşuq. Rəsmi statistikaya görə, Gürcüstanda 300 min Azərbaycan türkü yaşayır. Şübhəsiz ki, bu rəqəm xeyli azaldılıb və reallığı əks etdirmir. Amma hətta 300 min də əhalisi 3,7 milyon olan bir ölkə üçün olduqca böyük rəqəmdir. Təəssüf ki, bu faktordan ciddi şəkildə istifadə edə bilməmişik. Gürcüstanda diaspora quruculuğu sahəsində aparılan iş kampaniya xarakteri daşıyıb. Təşkilatma prosesinə ciddi dəstək verilməyib. Həyata keçirilən fəaliyyətdə etno-sosialoji amillər, coğrafi faktorlar nəzərə alınmayıb. Prosesə elmi yanaşma olmayıb. Doğrudur bu istiqamətdə Azərbaycan parlamentinin Gürcüstanla dostluq qrupu bir neçə ildir ki, xeyli fəallıq nümayiş etdirir və mümkün olanı etməyə çalışır. Amma bu, şübhəsiz ki, yetərli deyil”.

Analitik vurğulayıb ki, bütövlükdə Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var:

“Rəsmi Tiflis Gürcüstan vasitəsilə həyata keçirilən layihələrə hər hansı formada təsir göstərmək imkanında deyil. İlk növbədə bu layihələr Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir və Tiflisin heç heç bir halda yayına bilməyəcəyi beynəlxalq öhdəlikləri var. Azərbaycan təkcə 2017-ci ildə Gürcüstana 482 milyon dollar investisiya yatırıb. Ölkəmizin Gürcüstana yatırdığı sərmayələrin ümumi həcmi 2017-ci il üçün 3,4 milyard ABŞ dolları təşkil edib. Gürcüstanda investisiya qoyuluşuna görə ikinci yerdə Türkiyə dayanır. 2017-ci ildə Türkiyənin Gürcüstana yatırdığı sərmayə 279 milyon dollar təşkil edib. Ölkəmizin qeyri-neft sektorunun sərmayəyə ehtiyacı olduğu bir zamanda Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu bu ölkənin riyakar siyasi davranışları müstəvisində də anlaşılan deyil”.

Analitik qeyd edib ki, bu baxımdan Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin öz investisiyalarını geri çəkmələri və Azərbaycan iqtisadiyyatına yatırmaları üçün daha əlverişli şərtlərlə çıxış etmək lazımdır:

“Gürcüstana iqtisadi və maliyyə pressinqi tətbiq edilməlidir. Bu ölkənin siyasiləri oğru və reket qanunları ilə tərbiyə olublar və təzyiqdən başqa heç bir dil tanımırlar. Gürcüstanın de-fakto sahibi Bdzina İvanaşviliyə 1990-cı ildə “Rossiyskiy kapital” bankını təsis etdiyi zamandan bu üsullar yaxşı tanışdır. “İnfintreyd”, “Triada-1”, “Lebedinski” Mədən-Sənaye Kombinatı, “Metalloinvest” kimi ən müxtəlif sahələri əhatə edən nəhəng sənaye müəssiələrinə sahibləndiyi zaman bu üsullara yaxından maraqlanıb. Qənaətimə görə, SSRİ-nin süqutundan sonra “bespredel” (qanunsuzluq) zamanında dəbdə olan “iqtisadi” təzyiq vasitələrinin Azərbaycan üçün keçərli olmadığını İvanaşvilinin komandasına başa salmaq lazımdır. Rəsmi Tiflisə anlatmaq lazımdır ki, onun Azərbaycanı mütəmadi olaraq şantaj etməsinin ağır fəsadları ola bilər”.

Qeyd edək ki, Gürcüstan Rusiya ilə Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizlərinin açılması ilə bağlı proses başlatmağa hazırlaşır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar