Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Novruz bayramı üçün mehmanxanalarda yerlərin əksəriyyəti bron edilib”


Novruz bayramı ərəfəsi üçün artıq ölkənin mehmanxanalarında yerlərin əksəriyyəti bron edilib


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin sərəncamı ilə yaradılan Turizm Şurasının ilk iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, prezident son bir neçə ayda turizm sahəsində bir çox sənədlər imzalamaqla bu sahənin inkişafına təkan verib.

Nazir qeyd edib ki, Strateji Yol Xəritəsində həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanda turizm iqtisadiyyatın vacib sahələrindən biri olacaq.

Ə.Qarayev əlavə edib ki, Turizm Şurası ölkənin turizm sahəsinə real töhfə verəcək.

O qeyd edib ki, yeni Milli Turizm Təbliğat Bürosunun yaradılması nəzərdə tutulur: "Hazırda Azərbaycanın tanınması üçün müxtəlif layihələr keçirilir. Amma bu layihələr ayrı-ayrılıqda götürülmüş konkret bir sahəni əhatə edib. Artıq turizm reklamı sahəsi üzrə marketinq və təbliğat işləri də bu büro tərəfindən həyata keçiriləcək".

Nazir əlavə edib ki, yanvarın 10-dan "Asan xidmət" vasitəsilə yeni viza rejimi tətbiq olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar