Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb”- Komitə sədri


Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni Baş naziri postuna Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov təsdiq olunub


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Novruz Məmmədovun baş nazir olması Azərbaycan Respublikası prezidentinin növbəti uzaqgörən addımlarından biridir: 

Novruz Məmmədov namizəd kimi irəli sürüldükdən sonra hər kəs əmin oldu ki, bu şəxsiyyət insanların təsəvvür edə bilmədiyi, amma prezidentin uzaqgörən siyasətinə cavab verən namizəddir. Novruz Məmmədov beynalxalq münasibətlərdə uzun müddət təcrübəsi olan, Heydər Əliyev siyasi xəttinə sədaqətli biridir. Uzun müddət cənab İlham Əliyevin köməkçisi olmuş və beynalxalq münasibətlərlə məşğul olan şəxsiyyətdir. O, cəmiyyətdə özünə xüsusi nüfuz qazanıb. Heç bir qruplaşmada olmayan, təvazökar, sadə və ağıllı  insandır. Möhtərəm prezidentimizin növbəti uzaqgörən, ağıllı addımı nəticəsində belə bir lider bu gün hökumətin başına gətirildi. Bəzən elə hesab edirlər ki, hökumətə rəhbərlik edən şəxs sırf iqtisadçı olmalıdr. Mövzuyla bağlı düşüncələrim fərqlidir. Bu, siyasi vəzifədir.

Novruz Məmmədov Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Bu gün bu siyasi vəzifə ona etibar olundu. Novruz Məmmədovun müasir düşüncə tərzi, təşəbbüskarlığı, yenilikçiliyi, iqtisadi məsələlərə dünyəvi baxışı var. Azərbaycanda son illər beynalxalq iqtisadi forumların, beynalxalq iqtisadi tədbirlərin keçirilməsi Novruz Məmmədovun bu böyük vəzifənin öhdəsindən gələ biləcəyinin sübutudur".

Deputat bu gün yekdilliklə Novruz Məmmədova səs verdiklərini də qeyd edib: “Yeni Baş nazirimiz  parlamentdə çıxış etdi və cənab Prezidentə ona göstərilən etimada görə minnətdarlığını bildirdi. Milli Məclisi əmin etdi ki, prezidentimizin qarşıya qoyduğu iqtisadi islahatları ardıcıl olaraq dövlət başçısının istədiyi şəkildə həyata keçirəcək. Bu Azərbaycan xalqının növbəti qələbəsi və cənab prezidentimizin uzaqgörənliyinin növbəti sübutudur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar