Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Notizie Geopolitiche” Qarabağ münaqişəsindən yazır


İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz keçiriləcək “seçkilər”dən bəhs edən məqalə yerləşdirilib


Yazıda Cənubi Qafqazda, xüsusilə ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması, uzun müddət həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyə ciddi təhdid olduğu diqqətə çatdırılır. 

Məqalədə, həmçinin Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərar, cari ayın 13-də separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in keçiriləcəyi və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yer alıb.

Müəllif rəsmi Bakının mövqeyini diqqətə çatdıraraq qeyd edir ki, qondarma “Dağlıq Qarabağ respublikası”ndakı “seçkilər” Ermənistanın işğalçılıq siyasətini bir daha təsdiq edir və bu ölkənin münaqişənin sülh yolu ilə həllinə qeyri-konstruktiv yanaşdığını göstərir.

Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilən yazıda qeyd olunur ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunulan məqalədə münaqişənin nizamlanması istiqamətində qurumun fəallığının müşahidə olunmadığı vurğulanır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar