Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nöqsan olanda töhmət də verməliyik“ - Nazir

“Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyi ilə bağlı nöqsanları aradan qaldırmağa müvəffəq olub”


Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: 

“Xalça Muzeyinin Azərbaycanın bugünki mədəni həyatındakı rolunu da azaltmaq olmaz. Bu, qabaqçıl muzeydir, onun rəhbəri Röya Tağıyeva tanınmış muzey xadimidir. Lakin işdə nöqsan olanda onu açıq deməli və qarşısını almalıyıq. Lazım gəldikdə töhmət də verməliyik, ölçü də götürməliyik. Bu, normal bir prosesdir. Ona görə də burada heç bir sensasiya axtarmaq fikrində deyiləm. Yoxlamalar göstərdi ki, burada vəziyyətin yaxşı tərəfə də dəyişdiyi müşahidə edilib. Eyni zamanda, problemlər var və biz onları aradan qaldırmalıyıq. Yəqin ki, yaxın günlərdə bununla bağlı son qərar veriləcək”.

Nazir bildirib ki, respublikada muzeylərin vəziyyətini də təhlil ediblər: “Təhlillər müəyyən irəliləyişlərin olduğunu göstərir. Amma bununla yanaşı tənqidi məqamlar da çoxdur, bütün bunlar bu gün “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər”mövzusunda beynəlxalq seminarda təhlil olunacaq. Azərbaycanda muzeylərin fəaliyyətlərində irəliləyişlər olsa da, nöqsanlar da çoxdur. Buna görə də muzeylərin işini daha təkmilləşmiş formada və bir əsasnaməyə uyğun formada qurmalıyıq. Bunlar sırf muzeyin peşəkar fəaliyyətinə aid olan məsələlərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar